NƏ ÜÇÜN CƏHƏNNƏM?
Din olqusunda başa düşülməmiş
əsas mövzulardan biri bu “cəhənnəm” hadisəsidir!..
İnsanlar nə üçün cəhənnəmə
atılacaqlar?
Bunu kim, necə edəcək?
Cəhənnəm nə üçün
yaradılmışdır?...
Cəhənnəmdə yaşayanlar varmı?...
“Zəbanilər”
kimdir, nədir?
Nə üçün cəhənnəmdə yanırlar?...
Yanmanın növləri varmı?...
Cəhənnəmin odu necədir?...
Od içində həyat necə davam
edir?...
Bu kimi bir çox suallar ağla
gələndə cavab kimi mövzuya heç bir açıqlıq gətirməyən, hətta İnsanları
üsyana təhrik edən bəsit izahlar və məntiqsiz yanaşmalar düşünməyə
çalışan bir çox İnsanın problemidir...
Biz, Cənabı-Haqqın bu mövzunu
bizə açdığı çərçivədə və İnsanların hövsələlərinin rədd etməyəcəyi
hüdudlar daxilində qalaraq, dilimizin döndüyü qədər başa salmağa
çalışaq...
“Cəhənnəm”
sözünün bir ümumi, bir də xüsusi mənası vardır!...
Ümumi mənası ilə “cəhənnəm”,
İnsanların əzab duyduqları mühit və ətrafın şərtləridır!.
Bu etibarla, dünya, qəbir və
məhşər cəhənnəmindən söhbət gedə bilər... Olduğumuz həbsxana,
xəstəxana və daha başqa mühitlər sizin üçün “cəhənnəm” ola
bilər... Bunlar nisbi cəhənnəmlərdir...
Qəbir aləminə köçən İnsanın
vəziyyətinə görə “qəbir cəhənnəmi”ndən bəhs edilməsi də yenə
bu, nisbi cəhənnəm şəklilədir.
Əksinə, xüsusi mənası ilə
“Cəhənnəm” vəsfinə əsaslanan şəkildə adlanan mühit gələcəkdə
Dünyanı tamamilə əhatə edəcək Günəşdir!... Ancaq, bu gözə görünən
şəkli və quruluşu ilə deyil, bu anda da mövcud olan şüa ekizi
etibarilədir!.. “Ekizi” sözü ilə ikincisi mənasını deyil, fiziki
gözün görə bilmədiyi ikili quruluşu məqsəd seçirik. Bu, ruh
çərçivəsində dəyərləndirilən ikili quruluşdur!.. Biz isə, bu anda
Günəşin qaz formasını görürük!.
Dünyanın şüa ekizini, bu anda
“Ölüb”, dünyanın şüa ekizinə köçənlər görürlər və anlatdığımız
şərtləri oradan seyr edirlər.
Bir müddət sonra Günəş,
Dünyadan 500 milyon dəfə daha böyük həcmə çatacaq və bu proses
içində də cevrəsindəki Merkuri, Venera, Dünya və Ayı udub, əridib,
buxar edəcək, hüdudları Mars planetinə çatan bir qırmızı nəhəng
halına gələcək...
Bax, o zaman Dünyanın cazibə
sahəsi ilə bağlı bütün İnsanların “ruh bədənləri”, yəni
“haloqram şüa bədənli İnsanlar”, dünyanın cazibə sahəsinin gücünu
itirməsi səbəbi ilə, əriyən Dünyadan qaçmaq istəyəcək və Dünyanı əhatə
edən nəhəng Günəşin şüa dərinliklərindən keçərək uzaqlaşma yolu
axtaracaqlar!.
Allaha
sitayiş etmə məqsədilə deyil, İnsanın ruhi enerjisinin
gücləndirilməsi qayəsi ilə təklif edilmiş ibadətləri, zikrləri yerinə
yetirənlər, əldə etdikləri “nur-enerji” nisbətində Dünya
üzərindən ayrılıb, Günəşin radiasiya alov dilimləri içindən keçərək
qaça biləcəklər ki, bu vəziyyət “sırat” deyə qeyd olunmuşdur,
simvolik bir “körpü-yol” tərifi ilə!.
Quranda
cəhənnəmin alovları “səmum” deyə ifadə
edilmişdir. Bunun müasir mənası “zəhərləyən və dağıdan şüalanma”
deməkdir!...
Daşları, yəni maddəni yandırıb
yox edən, bunun əksinə, İnsanların “şüa bədənlərini” yalnız,
“yandıran”, “xarab edən”, “deformasiya edən” Günəş radiasiyası
Cəhənnəmin nəhəng alov dilimlərini təşkil edir. Bu alov dilimləri
hal-hazırda müasir dövrdə 800 min kilometrə çatır... Əgər sizin
hövsələniz çatırsa, o günkü Dünyadan 500 milyon dəfə böyük halın
şərtlərini düşünün!.
Cəhənnəmdə, iki cür yanmadan bəhs
olunur:
Birincisi, fiziki yəni
cismani;
Ikincisi, mənəvi yəni
şüuri!..
Birincisi, cəhənnəmin yüksək
istiliyindəki radiasiya fotonlarının şüa quruluşunu dağıtmasından
yaranır...
Ikinci növ yanma isə, İnsanın
başına girmiş səhv məlumat və şərtlənmələrin yaratdığı qəbulların
orada əks həqiqətləri ilə qarşılaşmalarından meydana gələcəkdir!...
Bunun ilk səbəbi isə, İnsandakı
“mənlik” duyğusu, “sahiblik düşüncəsi”, “hirs”, “tamah”,
“özünü bədən qəbullanma və bunun nəticəsi kimi yalnız cismani zövqlər
istiqamətində heyvani həyat forması” kimi səbəblər...
Mənəvi yanma nədən?...
Hər hansı bir nəsnənin sahibi
olduğunuzu düşünürsünüz və o nəsnəni itirdiyiniz anda başlayırsınız,
yanmağa!. Elə isə, “Allah verdi, Allah aldı” deyib işi
bitirə bilsəniz, “yanma” hadisəsi bir anda sona çatacaq və ya
heç olmayacaq!...
Cəhənnəmdəki “yanma”ların
kökündə əsasən, böyük ölçüdə ictimai şərtləndirmələr, bu
şərtləndirmələrin əmələ gətirdiyi dəyər mühakimələri və nəhayət,
bunların hamısının meydana gətirdiyi duyğular yatır!...
Hansı şey və ya mövzu üçün
“mütləq, belə olmalıdır” desəniz, sizi mütləq bir “yanma”
gözləyir... Qaçınılmazdır!..
Çünki, tez və ya gec, bir gün o
şey sizin istədiyinizin xaricindəki bir hala dönəcək. Nəticədə siz də
buna görə, “yanacaqsınız” deməkdir!..
İnsanların böyük əksəriyyəti,
dünyada yaşarkən “yanmağa” başlayar!... Bir qisminin yanması da
ölümlə yəni, bioloji bədəni tərk etməsilədir!... Çünki, sahibi
olduğunu sandığı hər şeyin əlindən çıxdığını, itirildiyini şəxsən
yaşayır!..
“YANMA”
nə üçün “RƏHMƏT”dir?...
“Cənnətliklər”
nə üçün cənnətə girmədən əvvəl cəhənnəmdə “yanır”lar?...
Çünki, “yanmadıqları”
təqdirdə, üzərlərinə düşən şərtlənmələrə əsaslanıb, düzgün olmayan
dəyər mühakimələri ilə əsla cənnətə girə bilməzlər!. Ona görə...
“Rəhmət”
onların “yanmalarını” təmin etməkdədir!... “Yanaraq”
təmizlənirlər!. “Yanma” həqiqətə uyğun olmayan düşüncə və
duyğulardan, şərtlənmələrə əsaslanan qəbul etmələrdən
“təmizlənmə”yə görə olur!.
İnsanlar yanlış qəbul etmə, duyğu və düşüncələrinin nəticəsi kimi, qarşılaşdıqları anlayışlarına, qəbullarına tərs olan hadisələrə görə əzab duyurlar
Əgər İnsan, həqiqətə yönəlməsinə
mane olan “amma, ətraf nə deyər!” anlayışını tərk edə bilərsə,
idrakı və inancı istiqamətində həqiqi hədəfə doğru gedə bilərsə, bir
çox “yanma”lardan qurtular.
İnsanın özünü, həqiqətini, həqiqi quruluşunu və çərçivələrini dərk etdirib, yaşadan “təsəvvüf” ilə “hal”lanması isə, hələ dünyada ikən, bütün “yanma”lardan qurtarmasına vəsilə olur!..
Əgər İnsan, cəhənnəm olmasaydı,
“yanma” olmasaydı, “təmizlənmə prosesi” demək olan
“yanma” ilə qarşılaşmasaydı, belə bir “rəhmət” ona
yetişməsəydi, mövcud halı ilə əsla cənnət həyatına çata bilməzdi!..
Belə ki, “yanma”, tamamilə
əzablardan təmizlənmə məsələsini təşkil edən bir “rəhmət”
mexanizmidir. Eynən, cərrahın mərhəmət edib, qanqrenalı qıçı kəsməsi
kimi!..
“Zəbani”lərə
gəlincə...
Bilək ki, hər mühitın özünəməxsus
canlı növləri vardır!...
Hər planetin və ulduzun
özünəməxsus şüurlu canlı fərdləri olduğu kimi, Kainatın müxtəlif
çərçivələrinin əmələ gətirdiyi müxtəlif təbəqələrin də, fərqli canlı
növləri vardır. Bütün bunlar şüurlu varlıqlardır!. Bax, bunların
hamısı birdən DİN terminologiyasında yalnız “mələk” sözü ilə
qeyd olunmuşdur.
Beyinlərimiz ümumi quruluşu
etibarilə, yalnız beş duyğu dediyimiz “kesitsel qəbul etmə
vasitələri ilə” gələn siqnalları dəyərləndirmək üçün
proqramlandığından, qəbul etdiyimiz kesitin xaricində qalan
formalardan və bu forma təbəqəsinə aid canlılarından xəbərsiz
yaşayırıq!.
Elə isə, həqiqətdə başqa planet
və ulduzlarda yaşayanları kənara qoyun. “Cin” adı ilə işarə
edilən, hər an beyinimizə təsir göstərməyə çalışan və aramızda yaşayan
canlı növlərinin heç fərqində deyilik!... O ki, qaldı başqa planet və
ya ulduzdakılar!..
Nə isə!...
Bax, Günəşin daxilində həyat
sürən canlılara, şüurlu varlıqlara da Qurani-Kərimdə “zəbani”
deyilmişdir!...
Bunlar bir növ
“mələk”lərdir!... “NUR” quruluşlu olduqları və o mühit içində
meydana gəldiklərindən, digər mühitlərdən ora girəcək varlıqlara
GÖRƏ çox çətin olan şərtlərə baxmayaraq, içində olduqları
şərtlərdən heç təsirlənmədən, eynən, bizim yaşaya bilmədiyimiz su
mühitində balıqların həyatı kimi, Günəşin çox yüksək radiasiya
mühitində təbii həyatlarını davam etdirirlər..
Cox iri bədənləri və kənardan
o mühitə girəcəklərə görə də, çox zəncirvari hərəkət qabiliyyətləri
mövcuddur!... Balığın suyu udub, suyu çıxarması kimi, onlar da “od”
yeyirlər və “od” çıxardırlar!.. Ora gedən həm insdən, həm də
cindən bütün canlılarla top kimi oynayarlar, “ağlınız olsaydı, bura
duşməzdiniz, sizi xəbərdar edənlər gəlmədilərmi?” deyərlər...
Biz, təbii mühitimizdə, necə
gücümüzün yetdiyinə hökm edir, quşu qəfəsə qoyur, heyvanları öz
anlayışımıza görə tərbiyə (!) edir, ayıların burnuna halqa taxıb,
“mərifət öyrədirik” deyə qızğın sac üzərində tullanıb, yeridiriksə...
“Zəbanilər” də öz təbii mühitlərinə kənardan gələn varlıqları
eləcə “tərbiyə” (!) edirlər!...
Amma, o İnsanlar və ya digər
canlılar bundan əzab və iztirab duymuşlar.
Əlbəttə ki, bu onların problemi deyildir!..
“Zəbani”
deyilməsinin səbəbi, “zəbunedici” olmalarıdır... Bu kəlmə ümumi
olaraq sifətlərinə görə, istifadə olunan addır.
Yəni, elə güc sahibi, hökm edən
və istədiklərini etdirən varlıqlardır ki, onların gücləri qarşısında,
hər kəs alçalır, əzilir, əzab və iztirab duyur!...
Eynən, burada “cin”lərin
hökmünə girib, səfalətli küçələrə düşən bəzi İnsanlar kimi... və ya
şirklərdəki “tərbiyəçi”lərin əlinə düşmüş heyvanlar və ya
laboratoriyalarda istifadə olunan və ən az bizim qədər həyata haqqı
olan kobaylar kimi!..
Elə isə, görüləcək ən yaxşı iş, o
şərtlərə ən yaxşı şəkildə hazırlanmaqdır!...
Hesab edirəm ki, “təmizləyici”
funksiyası ilə cəhənnəmin bir “rəhmət” olub, İnsanların əzab
duymaları üçün oraya atılmadığını, səhv düşüncə və duyğuların nəticəsi
kimi etdikləri hərəkətlərin avtomatik olaraq o mühitə gedilməyi
yaratdığını və əzabın da bütün bunların nəticəsi kimi duyulacağını
lazımi qədər açıqladıq...
Son bir əlavə daha edək bu
xüsusa...
Cənnətə gedən İnsanlar ancaq,
“Allah əxlaqı ilə əxlaqlanmış” İnsanlar olacağına görə, düşünmək
vacibdir, nədir “ALLAH”ın “əxlaqı”..?
Nə isə, mövzunu çox
genişlətmədən, təkrar, qaldığımız nöqtədən davam edək...
“Rəhməti ammə”nin
nə olduğunu və nələr gətirdiyini öyrəndikdən sonra, gəldik “rəhməti
xassə”yə...
“Rəhməti Xassə”, “xüsusi
rəhməti”dir ki, bunu “özünə seçdiyi”
qullarına ihsan edir!..
- ALLAH İSTƏDİYİ KİMSƏNİ ÖZÜNƏ
SEÇƏR!.. (42/13)
Və:
- ETDİYİNDƏN SUAL SORULMAZ!...
(21/23).
Bu rəhməti ilə özünə seçdiyi
qulunu, əvvəlcə “şirki xəfi” deyilən “gizli şirk”dən,
yəni “mənlik”dən və Onu, “kəNarda bir tanrı varsanma”
düşüncəsindən təmizləyir, sonra öz “əxlaqı ilə əxlaqlandırır”
və bütün bunlardan sonra da “kəşf” və ya “fəth” ilə
mükafatlandıraraq cənnət həyatına başladır! O tərəfini isə, ancaq
yaşayanlar bilər!. Çünki, “Allah” ad və sifətləri ilə təhəqqüq
etmənin” nə olduğunu başa salmağın yeri bu kitab deyildir!..
“RƏHİM”
adının işarə etdiyi mənalardan başqa birsına
gəlincə...
“Rəhman”ın
rəhməti “təmizləyici”dır, demişdik.. Əlbəttə ki, təmizlənmə
işinin gətirdiyi bir əzab və ya sıxıntıdan da söhbət gedir...
Məsələn, cərrahın bütün bədəni
qanqrena olmadan qurtarmaq üçün, bir qıçı kəsməsi İnsana olan
mərhəmətinin gətirdiyi bir rəhmətdir... Biz, bu işin gətirdiyi bütün
acıya və iztiraba baxmayaraq, o həkimə təşəkkür edirik!...
Bax, bu, başlanğıcında bizə acı
verən, amma nəticəsi yaxşı olan “rəhmət”dir!. Rəhmandandır...
“RƏHIM”in
rəhməti isə belə olmayıb, hər hansı bir “təmizləmə” və ya
“ıstıfa” qayəsi güdməyən, sırf zövq verən, gözəllikləri daddıran,
İnsana xoş gələn halları yaşadan “rəhmət”dir..
Əsasında, kitablarda
“möminlərə cənnətdə təqdim ediləcək rəhmət” deyə bəhs edilən bu,
“RƏHIMIN rəhməti” bəhs edilərək gələndən xeyli fərqli bir
hadisədir...
Bir dəfəlik bunu qəti bilək və
heç unutmayaq ki, “ALLAH”ın bütün adlarının mənaları, hər an
keçərli və qüvvədədir!..
Bu səbəblə, “RƏHİM” adının
mənası “indi qüvvədə deyildir, cənnətə girildikdən sonra qüvvədə
olacaq” şəklindəki anlayış tamamilə əsassızdır.
“ALLAH”ın “RƏHİM”
adının mənası hər an, hər yerdə yaşanır!.. Bizim bunu
fərq etməyimiz və ya etməməyimiz heç nəyi dəyişdirməz..
Ancaq, o da var ki, bunun daha
çox açıqlanması haramdır... Ancaq, əhli bilər!..
Cənnət əhli bu adın mənasını
yaşayarkən və bəlkə də bir çoxu bunun orada necə və hardan əmələ
gəldiyini fərq etməmişkən, Dünyada bu adın mənasını yaşamış və yaşayan
bir çox şəxslər vardır...
“Övliyaullah”ın “kəşf” və
“fəth” sahibi olanları ilə yanaşı,
“müqərrəblər”, “mühəqqiqlər”, “müfərridun” və “mərifəti-Billah”
sahibləri, hal-hazırda fərqində olaraq “B” hərfinin sirri ilə
“RƏHİM” adının mənasını yaşayır və təcəllilərini seyr
edirlər...
Bundan başqa, “La havlə və la
qüvvətə illa “B”illah” ifadəsinin mənası da “RƏHİM”dəndir!.
Elə isə, “RƏHİM” adının
mənasını, sanki “ölümdən sonrakı həyatda, cənnət mühitində
olacaqmış” kimi düşünmək tamamilə qəflətdir!..
“Allah
Adı ilə İşarə Edilən”in bütün bildiyimiz
adlarının işarə etdiyi xüsusiyyətlər hər an və hər çərçivədə davamlı
olaraq aşkara çıxır..
Üstəlik, kainatdakı
saysız-hesabsız “mələk”lər də hər an bu adın mənası ilə qaim olan bir
həyat içində ikən!..
Indi gəldik bundan sonrakı
ayəyə...