CÜMƏ NAMAZI

Hələ, Cümə namazları!...

“CÜMƏ namazları” müasir dövrdə tamam məsciddən İnsan qaçırma tətbiqidir!.

Rəsulullah dövründə şəxsən Rəsulullah Əleyhissəlam tərəfindən “IKI” rükət olaraq qılınan cümə namazları, “həqiqət” şüuru olmayanlar tərəfindən “IYIRMI” rükətə yüksəldilmişdir!.. Hələ buna bir də uzunca “tapdım qaçırmayım” zehniyyəti ilə nizamlanan və “Din”in məqsədinə xidmət etməyən xütbələri əlavə etsəniz, İnsanları “CÜMƏ” namazından qaçırtmaq üçün daha gözəl yol tapmazsınız!.

Rəsulullah dövründə azan oxunduqdan sonra qamət gətirilir, bu qamətdən sonra xütbəyə çıxılaraq müsəlmanlara ya yeni gələn vəhylər duyurulur və ya onlara müxtəlif vəhylərlə bağlı açıqlamalar verilir, sonra da iki rükət cümə namazı qılınır və dağılışılırdı!.

Bu “iki rükətlık cümə namazı”ndan sonra müasir “zöhrü-axir” deyilən namazlar tamamilə səhv olub, Quran və Rəsulullah mənbəli Dində yeri yoxdur!.

“CÜMƏ GÜNÜ XÜTBƏNI QISA, NAMAZI UZUN TUTUN”

şəklindəki Rəsulullah buyruğu müasir dövrdə tam tərsinə döndərilmişdir...

 Xütbələr “Din”lə əlaqəsi olmayan məsələlərdə uzunca özünü rahatlama danışıqlarına çevrilmiş, namaz da iki-üç ayə ilə ötüşdürülməyə başlanmışdır!... Halbuki, həqiqətdə xütbənin mümkün qədər qısa olması, namazın imkan qədər uzadılması, oxunan ayələrin də diqqətli seçilməsi lazımdır!

Bundan başqa, namaz zamanı ya əl bağlama şəkillərinin və ya oturarkən ayağını altına almanın, yana çıxarmanın, vacib örtünmə miqdarı xaricindəki qiyafə formalarının namazın “QƏBUL OLMASI ILƏ” də heç bir əlaqəsi yoxdur!... Bu mövzuda gətirilən bütün şərtlər səhvdir, sonradan İnsanların öz dar anlayışlarına görə hazırlanan oxşatma qaydalarıdır!.

* * *

“Mənim sünnətimdən üz çevirən....”

xəbərdarlığının işarə etdiyi mənanın o dövrün adət və ənənələri ilə bağlı olan pal-paltar və ya oturub-durma üsulları ilə heç bir əlaqəsi olmayıb, tamamilə RƏSULULLAH Əleyhissəlamın bizə öyrətdiyi “INANC ƏSASLARI” ilə əlaqəlidir!. SÜNNƏT” sözündən muradın nə olduğunun xırdalıqlarına qədər açıqlaması “Hz. MƏHƏMMƏD NƏYI OXUDU” kitabımızda vardır.

Din və dini dəyərlər “SÜNNƏT” deyilən Allah yanındakı zamanın fövqündəki həqiqətlərlə əlaqəli olub, İnsanlara “Din”dəki zamanın fövqündəki həqiqətlərin qavradılması və həyatlarını bu dəyişkən-sabit olmayan həqiqətlər istiqamətində nizamlamaları üçün gəlmişdir!..

* * *

Yenə bu mövzuda söylənən “namazda ağlına başqa şeylər gəlirsə namazın qəbul olmaz” fikri də qəti olaraq uydurmadır!.. Əlbəttə o sırada ağlına başqa şeylər gələ bilər və buna baxmayaraq da namazın qəbul olunandır!..

Namazı “qılan” bir İnsan istər o ayələri oxuyarkən, istərsə də təsbih edərkən ağlı başqa yerdə olsa da, bu oxuduqlarından meydana gələn siqnallar və enerji beyin tərəfindən ruha yüklənir!. O anda başqa şeylər düşünsə də!..

Çünki, beyində eyni zamanda bir çox dövrə işləyir. Hər biri öz dövrəsində, öz mövcudluq qayəsinə və sisteminə görə vəzifəsini ifa edir.

Biz beynimizin fəaliyyətlərinin bir çoxundan xəbərsizik!.

Ancaq, xəbərdar olmamağımız bir şeyi dəyişdirməz və biz, beynimizin gördüyü saysız işlərdən xəbərsiz olsaq da beyin bu vəzifələrini icra edir...

Bundan başqa, bilirik ki, biz bir yandan maşın sürür, bir yandan radio dinləyir, bir yandan yolu gözləyir, bir yandan yanımızdakına qulaq asır və cavab verir, bir yandan da yediklərimizi həzm edirik!... Və hətta fərqində olmadığımız bir çox işi görürük!.. Bunların hamısı da eyni anda beyin tərəfindən nizamlanır və nəzarət edilir!..

Odur ki, siz namazı qıldığınız zaman, o namazda oxuduğunuz ayələr və dualarla əldə edilən enerji, siz fərqində olmasanız da ruhunuza yüklənir, siz də ruhunuzun ölümdən sonrakı həyat enerji və bilgisini beləcə dünyada ikən əldə edirsiniz.

Namazın hər kəsə ortaq qazandırdıqları bu istiqaməti ilədir!.

* * *

Bununla yanaşı, hadisəni daha dərinliyi, təsəvvüf yolu ilə incələyən “xəvvas” deyilən İnsanlar qrupu vardır. Bunlar namazı “iqamə” etmək istəyirlər.

“Namaz”ın “iqamə” edilməsi üçün əvvəlcə “Allah” adı mənasının nə olduğunun başa düşülməsi lazımdır.

Kəlmeyi-şəhadəti avam, yəni dərinliyi ilə düşünməyənlər bu məna ilə deyirlər...

“Allahdan başqa tanrılar yoxdur, tək tanrı Allahdır”!.

Beləcə, o tərəfdəki tənqid ediləcək erkən tanrı anlayışını götürüb, həqiqi mənası ilə “ALLAH”ı fərq etməzlər!. Yalnız, bir ad və tanrı olaraq Allahı qəbul edər!. Hz. Məhəmmədi Onun elçisi olaraq qəbul edir. Bu, kəlmeyi-şəhadətin avam yönüdür.

Kəlmeyi-şəhadətin daha irəli, yəni xəvvasa görə mənası da var... Bu məna, “Allahın varlığı xaricində varlıq olmadığını” izah edir.

Bu anlayışda “Hz. MƏHƏMMƏDIN AÇIQLADIĞI ALLAH” adlı kitabımızda bəhs etdiyimiz mənada Təkliyi qavramalı və bunun nəticəsində də “mən” deyə var olaraq zənn edilən, var deyə vəhm edilən mənliyin var olmadığı anlaşılmalıdır!…

Bax bu, işin “xəvvas”a xitab edən tərəfi, “xəvvas” səviyyəsindəki anlayışıdır.

Əgər sən, “mənliyinin var olmadığını” anlasan, “var” sandığın mənliyinin şərtlənmələrdən və öz zənnindən irəli gəldiyini ortaya çıxarsan, vücudunun “yox”dan var olmuş bir “yox” olduğunu qavrasan, o zaman varlıqda hər bir zərrədə var olan “TƏK” varlığın “Allah” olduğunu dərk edərsən.

 

“ÜZÜNÜ HANSI TƏRƏFƏ DÖNDƏRSƏN, ALLAH VƏCHİNİ GÖRƏRSƏN”

ayəsinin sirri açılır...

O zaman, düşmən, pis, əbəs, çirkin ortadan qalxar, hər biri ayrı bir qayə ilə var olmuş gözəl və mükəmməllər qalar... Tikan başqa cür gözəldir, kaktus başqa cür gözəldir, qızılgül, qərənfil başqa cür gözəldir, sənin gözündə!...

Bax, “kəlmeyi-şəhadət”in bu xəvvas mərtəbəsindəki görüşü, anlayışı namazın iqaməsinə yol açar...

Burada incə və həssas bir nöqtəyə diqqətinizi çəkək!...

Namazın “iqamə” edilməsini təmin edən şüur, idrak əvvəlcə namaz xaricində əmələ gəlir, qavranır, hiss edilir, namazda da bu hal davam edərək “iqamə” olunur!.

Əgər, namazı “iqamə” etmə vəziyyətinə gəlmisənsə, namaza durarkən “ALLAHU ƏKBƏR” deyərsən...

Deyərsən, amma sonrası nə olar?..

Bunu yaşayan bilər!..

Amma, biz yenə də bir qismi ilə sizi tanış edək:

 Əvvəlcə sizin də duya biləcəyiniz iki ayəyə diqqət yetirək:

“VAY HALINA O NAMAZ QILANLARIN Kİ, ONLAR ÖZ NAMAZLARINDAN QAFİLDİRLƏR” (107/4-5).

“O KƏSLƏR Kİ, NAMAZLARINDA HUŞU İÇİNDƏDİRLƏR” (23/2).

 

“HUŞU” qətiyyən  “QORXU” deyildir!

 

“ALLAH” əzəmətini fərq edən İnsanın bu sonsuz ucalıq yanında öz “heç”liyini fərq etməsi və bunun nəticəsində hiss etdikləridir “HUŞU”!..

Bu ayələrin mənalarını kifayət qədər başa düşməyənlər “sən namazda dünyadan kifayət qədər ayrıla bilmədiyindən və Allaha yönəlmədiyindən namazın qəbul deyildir” kimi hökmlər verirlər...

Halbuki, bu yozum, anlayış tamamən səhvdir!. Çünki, namaz, birinci dərəcəsində söylədiyim kimi qılınma şəkli ilə sənin ölümdən sonrakı əzabdan, cəhənnəmdən qorunman üçün lazım olan enerjini təmin edəcəkdir.

Burada “huşu olmasa, olmaz” deyilməsi “Merac olmaz”, “Allaha vüsul olmaz” mənasındadır!.

Dində İnsana məsləhət görülən işlərin iki məqsədi vardır:

1. Ölümdən sonrakı həyatda müxtəlif mühitlərin əzabından qorunması;2. “ALLAH”a dünyada yaşayarkən yetişmək!.

Bu ikisini bir-birinə qarışdırmamaq lazımdır.

Içində huşu olmayan namaz, “Merac” olmaz, amma huşu olmayan namaz qılınar qılınan namaz İnsanı müxtəlif əzablardan qoruyar.

Işin iç üzünu bilməyənlərin sözlərinə qapılıb, “madam, namazı tam haqqı ilə qıla bilmirəmsə, o halda heç qılmayım” - demək böyük qəflətdir!. Bilməyənlərin sözlərinə qapılıb, işin həqiqətinin əhatə etdiyi böyük sirrdən məhrum qalmaqdır... Keşişə qəzəblənib, “oruc” pozmaqdır!.

Paxlava-börək yeyə bilmirəm, o halda ac qalım, deyərək qarşısına gələn quru paxlanı geri qaytarmağa bənzəyir!.

“Namazı qıl”, bundan başqa “namazı iqamə” necə olur, deyə araşdırmanı da apar!.

* * *

Bəli, gələk namazın “iqamə”sinə:

Namaza durarkən “ALLAHU ƏKBƏR” deyirik.

Başlanğıc “təkbir”i ilə bərabər, əllər ovuc içləri qarşıya baxar şəkildə yuxarı qalxır, amma, qolunu başına və ya çiyninə qədər qaldırmısan və əllərini qulağına dəydirmisən, bu, əhəmiyyətli deyil!.

Mühüm olan, vücuda paralel şəkildə və ovuc içləri qarşıya baxar vəziyyətdə əllərini başa doğru qaldırmandır... Bunun mənası “Allah ilə aramdakı bütün pərdələri qaldırdım, arxama atdım” - deməkdir.

“Təkbir”, yəni “Allahu Əkbər” sözündən murad:

“O” elə hədsiz, sonsuz elm və güc-qüvvət sahibidir ki, “O”nun xaricində bir varlıq yoxdur” deməkdir.

Indi bunu düşünərək namaza girdiyimizi düşünək... “Allah”ın Təkliyini, ucalığını, hər varlıqda, hər zərrədə var olanın “O” olduğunu müşahidə edərək namaza durduq.

Bax, “namazın iqaməsi” başladı...

“Vəccəhtu vəchiyə lilləzyi fataras səmavəti vəl ardı haniyfən və ma ənə minəl muşrikiyn”.

“Innəs salatiy və nusukiy və mahyayə və məmatiy lillahi Rabbil aləmiyn və la şəriykə ləhu və umirtu və ənə minəl muslimiyn”.

 

“Şüurumla bütün ölçülərin və varlıqların Fatırı olana hər hansı bir tanrı anlayışını qəbul etmədən yönəldim… Şirk qoşanlardan deyiləm”.

“Şübhəsiz ki, mənim namazım və qulluğum, həyatım və ölümdən sonrakı yaşantım aləmlərin Rəbbi olan Allaha aiddir!. Ondan başqa, bir tanrı yoxdur.. Bunu idrak və etirafla hökm olundum… Mən müsəlmanlardanam!”.

Ondan sonra “Sübhanəkə və bihəmdikə”ni oxudun, hər zərrənin “O”nu təsbih etdiyini, “O”nun bütün əksik anlayışlardan münəzzəh olduğunu, hər bir etdiyinin mükəmməllik olduğunu, hər bir var etdiyinin ayrı bir mükəmməliyyəti nümayiş etdirmə məqsədinə dönük olduğunu dərk edərək dilə gətirdin.

“O”nun “həmd”i ilə “həmd” edirəm... dedin... Yəni, yalnız “Allah” öz-özünü dərk edib, dəyərləndirə bilər, dedin...

Çünki, “ALLAH”ı “ALLAH”ın xaricində bir varlığın dərk etməsi mümkün deyildir!.

Öyüb, ucaltmaq ancaq, dərk etməklə mümkündur!.. Bizim “Allah”ı dəyərləndirib, öyməmiz, ucaltmamız mümkün deyildir…

…və hətta belə bir şeyə girişməyimiz “O”na bir naqislik gətirir!.

Həqiqəti ilə, ancaq və yalnız, “ALLAH” öz-özünü anlayıb, bilər və dəyərləndirər deməkdir “həmd”in mənası!..

Ondan sonra, ƏUZU BISMILLAHI çəkib, yəni, səni tanrına sitayiş etməyə yönəldən və var sayılmadan təşkil olan düşüncələrə azdırıcı olan “CIN KÖKLÜ” ilham və vəsvəsələrdən “ALLAH”a sığındın...

 

“B”ismillahir Rahmənir “RƏHIM”...

“Varlığımı da təşkil edib, adı “Allah” olan Rəhmandır, Rəhimdir”… Ki, Onun naminədir fəaliyyətim!

dedin... Və…

Bu zaman “ALLAH”, dilində oxudu!..

Öz qüvvət, qüdrət və elmi ilə var olan aləmlərin, Rəbbi olan “Allah”ın, xüsusiyyətlərinin əsəri olan aləmlərini seyr halında olduğunu və o aləmlərin tərbiyəedici, istiqamətverici, varedəninin də “Allah” olduğunu açıqladı... Daha doğrusu bunun belə olduğunu səndə dilə gətirən Allah oldu!.

Sən, “yox”luğunu fərq etdin, beləcə çıxdın aradan, ortada qaldı yalnız Yaradan və “ALLAH” səndə bu mənanı ifadə etməyə başladı.