“DİN GÜNÜ” NƏ VAXTDIR?

- “MALİK”i və ya “MƏLİK”i YÖVMİD DİN”...

- “DİN GÜNÜ”nun “MALİK”i və ya “MƏLİK”i...

Bu ayədə verilən söz bəziləri tərəfindən “MALİK”, bəziləri tərəfindən isə “MƏLİK” kimi başa düşülür və elə dəyərləndirilir...

Yəni bu ayəni bəziləri:

- DİN GÜNÜNÜN “MALİK”İDİR...

Bəziləri də:

- DİN GÜNÜNÜN “MƏLİK”İDİR...

deyə oxuyur və başa düşür...

Əgər, “MALİK”i deyə başa düşsək, “sahib olduğu üzərində, müstəqil və mülkiyyətinə görə kimsəyə hesab vermədən, istədiyini edən” mənası ilə qarşılaşırıq...

Əgər, “MƏLİK”i şəklində oxuyub qəbul etsək, bu dəfə “idarə etmə, qaydaya salma, hərəkətləri dəyərləndirmə, güc sahibi” olan bir Zat kimi anlayarıq...

Özünə, əsasən “ALLAH” adı ilə işarə edən, Zatını hər iki vəsflə də vəsfləndirmişdir...

Ancaq goründüyü kimi, bu ayədə Din günü ifadəsi var. Biz qrammatika qaydalarına görə, bu ifadəni də qrammatika ilə əlaqəli şəkildə anlamaq məcburiyyətində olduğumuzdan hadisəni hansı şəkildə aydınlaşdırmağa yaxınlaşacağımıza baxmaq lazımdır..

“DİN” sözünün mənalarından biri “görülən işlərin əvəzinə çatmaq” kimi tərəfilə başa düşülə bilər... Bundan başqa, qəti itaət və boyun əyməmənasına da gəlir... Əgər diqqət yetirsək, hər iki məna da, hər an qüvvədədir. Gələcəkdə, hər hansı bir vaxtda yaranacaq bir hadisə deyil!.

Amma, “DİN”, “qiyamət” demək deyildir!...

Bu həqiqətə baxmayaraq, hər an içində görülən bütün işlərin əvəzi –olmurmuş, verilmirmiş kimi başa düşülməsinə görə, xəyallarda son bir gün düşünulmüş və “o son gündə hər kəs gördüyü işlərin əvəzini alacaq” deyə hesab edilmişdir!.

Maun surəsinin ilk ayəsini xatırlayaq:

“DİN”İ İNKAR EDƏNİ GÖRDÜNMÜ?.. (107/1).

Yəni, Allahın SİSTEM VƏ NİZAMINI inkar edəni gördünmü?…

Məhşərdə, bir günü əlli min il olan vaxt ölçüsünə keçiləcək, İnsanlar min illər uzunluğundakı “gün”lərdən təşkil olunan min illər davam edəcək “məhşər” və “sırat” prosesini yaşayacaqlar. Hadisəni sanki, tək bir “gün” imiş kimi dəyərləndirib “ALLAH”ı yalnız o günün “Malik”i və ya “Məlik”i kimi qəbul etmək bizim müşahidəmizə görə, düzgün olmur!...

Təsbitimizə görə...

ALLAH yanındakı anlardan bir “AN” vardır ki, o an, “tək gün”dür...

Ona görə, “an”larından yalnız bir “an” olan o bildiyimiz “gün” = “an” daxilində bizə görə isə, əzəldən-əbədiyyətə, hər dəm Ona boyun əyilir və Onun hökmu keçir!. Yəni, “Malik”iyyəti “Məlik”iyyəti sonsuzdur!.

Indi burada bu sual ağla gələ bilər:

- Bu dünyada bir çox İnsan böyük pisliklər etməsinə baxmayaraq, əvəzini almır!... Bu da “görülən işlərin əvəzini vermə gününün” yaşadığımız bu gün olmayıb, gələcəkdə, axirətdəki bir “gün” olduğunu göstərmirmi?

Bu sualı verənlər “tanrı” anlayışından təmizlənib “ALLAH”ı tanıma mövzusunda yetərli məlumata sahib olmadıqları üçün əhəmiyyətli bir məqamı nəzərdən qaçırırlar...

Hər İnsan hər an, bir əvvəlki anda gördüyü işin əvəzinə yetişir!.. Çünki:

- “ALLAH SƏRİul HİSAB”dır!..”

Ancaq o da var ki, biz, o İnsanın hərəkətinin əvvəlində yetişdiyi şərtləri dəyərləndirməkdə yetərsiz qalır və hesab edirik ki, o gördüyü işin əvəzini almamışdır!. Buna görə düşünürük ki, gördüyü işin indi almadığı əvəzini gələcəkdə alacaq!.

Halbuki…

ALLAH”ın “MƏKR”i vardır!...

İnsanların bir çoxu gördüyü səhv işlərin əvəzinə məkr yolu ilə yetişir!...

Qurani-Kərimin bir çox yerində sərvət, övlad vəzifə, ünvan, etiket, şan-söhrət kimi şeylərin imtahan vasitəsi olduğu və ayıq olmayanların bu fitnələrə qapılması üzündən gələcəklərini itirəcəkləri açıq-aşkar vurğulanmışdır..

Bir çox varlılar əlinə keçən sərvəti Allah yolunda xərcləmək yerinə, binaya, torpağa, mala verir. O pulun “məkr” yolu ilə ona verilməsinə görə, “fiysəbilillah” yəni, “Allah üçün, Allah yolunda” xərcləmədiyinə diqqət yetirə bilməz!.

Kənardan görənlər, ona verilən pulun bir lütf, mükafat olduğunu hesab edirlər. Halbuki, o pul, görülən səhv bir işin nəticəsi kimi “məkr” yolu ilə o İnsana çatmışdır!..

Nəticədə o İnsan pulu, dünyadakı zövqləri ilə günlərini sərf edib “ALLAH”a vüslatı əldən qaçırdığı kimi, gələcəkdə əsla əldə edə bilməyəcəyi bir çox şeyləri də itirir, bunun isə heç fərqində belə olmaz!...

Hz. Rəsulullah, böyük ticarət karvanına sahib ikən, var-dövlətini Allah yolunda xərclədiyi üçün, ölümdən sonrakı həyata köçəndə geridə miras qoymadı!..

Hz. Əbu Bəkr, bütün varlığını İnsani zövqü üçün deyil, Allah yolunda xərclədiyi üçün ölümü yoxsulluqla qarşıladı!...

 

Amma, “məkr” yolu ilə verilən sərvət, əsla “Allah yolunda” xərclənməz!...

Bu səbəblədir ki, İnsanların bir çoxu sərvət sahiblərinin böyük dünya zövqləri içində yaşadıqlarını görərək “gördükləri işlərin əvəzini almırlar” deyə hesab edirlər!.

Bilmirlər ki…

Allah onların gördükləri işlərin əvəzini indidən məkryolu ilə verir və onlar da əllərindəki dünyalıqları səbəbilə Allahdan və əlaqədar mövzulardan günbəgün daha çox uzaqlaşır və pərdələn”irlər!...

Həqiqətdə isə, Allahdan pərdəli olmaq”dan daha böyük cəza da düşünülə bilməz!..

Əgər bu həqiqəti dərk etsək, görərik ki, həqiqətdə, yaşadığımız hər gün, hər an “DİN GÜNÜ”dür!..

Bizə görə olan hər “gün” içində, daima, mütləq olaraq ALLAHA boyun əyilir. Hər “gün”, həm lütf”, həm də məkr yolu ilə görülən işlərin nəticəsinə qəti olaraq yetişilir. Nəticə etibarilə, hər kəs gördüyü işin əvəzini alır!..

Bax, bu mütləq həqiqət baxımından mövzuya diqqət yetirsək:

- “DIN GÜNÜNUN MALIKIDIR”!.

xəbərdarlığının “hər an bütün varlıqda hökmü qüvvədə olan Odur. Yalnız Ona boyun əyilir. Aləmlərdə ortaya çıxan hər hərəkətin əvəzini hər an O verir” mənasına gəldiyini başa düşürük...

Çünki, uyğun və zəruri olan ALLAHA aid mənaların yalnız “müəyyən bir zamanla” qeyd olunaraq başa düşülməsi deyil, sonsuz zamanı əhatə edəcək şəkildəqavranılmasıdır..