HƏCC
“Həcc”in
iki hədəfi var. Bunlardan birinə çatmaq məcburidir:
1. Həyatının “Ərəfat”da
olduğun o anına qədər ruhuna yüklənmiş bütün günahlarından
təmizlənərək, “sıfırlanmaq”!...
2. “Maarif Billah” ilə
hallanaraq ALLAH adı ilə işarə edilənin elmi ilə aləmlərini və
nizamını seyr etmək...
* * *
HƏCC
mövzusunda əvvəlcə bunu bildirək:
Həcc günü müəyyən müddət
Ərəfatda olub keçmiş günahlarına tövbə edən İnsan qul haqqı da daxil
olmaq üzrə o ana qədərki bütün günahlarından qurtarır!.
HƏCC, İslam Dini
şərtləri arasında hər kəsə son dərəcə yararlı olan
işdir!. Çünki:
Həyatı boyunca İnsanın bilərək və
ya bilməyərək səhvlərdən beynində yaranan və “günah” adı
verilən bütün neqativ yükü onun dalğa (wave) bədəninə, yəni ruhuna
əksiksiz yüklənmişdir!..
Ruhundakı bu neqativ yükün
verdiyi ağırlıqdan cəhənnəm deyilən mühitdə batdıqca batacaqdır!.
Belə ki, başına gələcək bu
fəlakətdən İnsanın özünü bütünlüklə qurtara bilməsi, ruhuna yüklənən
neqativ yükün tamamilə “sıfırlanması-silinməsi” Həccdə mümkün
olur!...
O ana qədər ruhuna yüklənən bütün
günah adı verilən neqativ yüklər silinir və “anadangəlmə
günahsız olaraq” geri dönər!.
Və yenə Rəsulullah
Əleyhissəlamın açıqlamasına görə,
“Əcəba, mənim günahlarım əfv
oldumu deyə şübhəyə düşərsə, yer üzündəki ən böyük günahkar olar”.
Kəbə nə üçün Məkkədədir?...
Ərəfatda hansı sirr var ki, oraya toplanılır?