HƏCCDƏKİ İKİ BÖYÜK SİRR

HƏCC hadisəsində olan sirr həqiqətən hövsələlərin asan çatacağı bir şey deyildir. Həccin bir İnsan üçün nə qədər əhəmiyyətli və qiymətli bir ibadət, bir fəaliyyət olduğuna keçməzdən əvvəl bu mövzuda Rəsulullah Əleyhissəlamın üç əsas məqama işarə edən buyruqlarından danışaq:

* * *

1. Hz. Əli kərrəmAllahu vəchəhu deyir: Rəsululah sallallahu aleyhi və səlləm belə buyurdu:

“Beytullah”a çatdıracaq qida və minik heyvanına malik olub, həcc etməyən İnsanın yəhudi və ya xristian kimi ölməsinin sizcə nə əhəmiyyəti vardır. Bax, Allah kitabında belə deyir:

Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi İnsanların Allah qarşısında borcudur (3/97).

2. Ibn Ömər radıyallahu anhdan rəvayət olunmuşdur:

Bir adam Rəsulullahın yanına gələrək soruşdu:

- Ya Rəsulullah, həcci fərz edən nədir?..

Rəsulu Əkrəm sallallahu aleyhi və səlləm cavab verdi:

- Qida və minikdir!.. (Tirmizi).

(Yəni, həcc səyahəti edəcəyin miniyin və səyahətdə yeyəcəyin qədər qidan).

* * *

3. “Ümrə, özü ilə o biri ümrə arasındakı zaman daxilində işlənən günahlara kəfarətdir. Həcci-məbrurun cənnətdən başqa əvəzi yoxdur!” (Muslim).

4. Əbu Hüreyrə radıyallahu anhdan...           

Rəsulullah sallallahu aleyhi və səlləm belə buyurdu:

- Hər kim bu beytə gələr, qadına yaxınlaşmaz, əxlaqsızlıq etməzsə, o kimsə anadangəlmə qayıdar!.. (Müslim).

* * *

5. Əbdürrəhman bin Yamar əd Dili radıyAllahu anh belə demişdir:

Rəsulullah sallallahu aleyhi və səlləm Ərəfatda vaqfə halında ikən, mən Onun yanında hazır oldum. O əsnada Nəcd əhalisindən bir neçə adam Onun yanına gələrək:

- Ya Rəsulullah, həcc necədir? (Həccin halı nədir?)

Rəsulullah buyurdu:

- HƏCC ƏRƏFATDIR!.. Kim cəm gecəsi sübh namazından əvvəl gələrsə, Həcci tamamlayar. Mina günləri üçdür. Artıq kim iki gündə tələsərsə, onun üzərində günah yoxdur. Kim də gecikərsə, ona da günah yoxdur.

Sonra bunun ardınca bir adam yolladı və bu hökmləri yüksək səslə əhaliyə duyurdu (Ibni Macə, Tirmizi, Əbu Davud, Nəsai).

* * *

6. Abbas bin Mirdas əs-sələmi radıyAllahu anh belə buyurmuşdur:

Hz. Rəsulullah sallallahu aleyhi və səlləm, ümməti üçün Ərəfə günü axşamı (Ərəfatda) bağışlanma duası etdi. Ona belə cavab verildi:

- Zalımlar itisna olmaqla, onları bağışlayıram!.. Çünki, mən məzlumun haqqını zalımdan şübhəsiz alaram!..

Hz. Rəsulullah Əleyhissəlam:

- Ey Rəbbim, əgər istəsən məzluma (haqqını) Cənnətdən verər və zalımı bağıslarsanmı?..

deyə dua etdi. Amma, o axşam bu duası qəbul olunmadı. Sonra Rəsulu Əkrəm (ertəsi sabah) Muzdəlifədə sabah olunca edilən duanı təkrarladı və duası qəbul olundu.

Abbas bin Mirdas:

Sonra Rəsulullah güldü. Buna görə, Əbu Bəkr və Ömər:

- Atam-anam sənə fəda olsun!.. Bu vaxt gülməzdin!.. Səni güldürən şey nədir?.. Allah səni sevindirsin.

Rəsulu Əkrəm:

- Allahın düşməni iblis, Allah əzzə və cəllənin mənim duamı qəbul edib ümmətimi bağışladığını bilincə torpağı alıb başına tökməyə və məhv oldum, həlak oldum deyə bağırmağa başladı. Gördüyüm onun bu səbirsizliyi və hüznü məni güldürdü.

buyurdu” (Ibni Macə).

Bəli, Həcc mövzusundakı bəzi hədisi-şəriflər bunlardır...

Indi hadisənin elmi izahına keçək:

“HƏCC ƏRƏFATDIR” işarəsi məsələnin əsas düyün nöqtəsidir.

Çünki, Beytullah, yəni Kəbeyi-Muazzama ilin hər vaxtında ziyarət edilə bilər ki, buna “ümrə” deyilir. Bundan əldə edilən əcir, savab çox böyükdür. Ancaq, “Həcc” kimi olmaz.

Nə üçün?..

“HƏCC”də nə kimi bir sirr var ki, Rəsulullahı “Gedəcək minik və qidası olub, getməyən yəhudi və ya xristian kimi ölər” mənasına gələn son dərəcə ağır xəbərdarlıq etmək məcburiyyətində qalmışdır.

Ev-eşik, maşın al, uşağını, nəvəni böyüt, qızını gəlin elə, yaşlan, dünyadan əlini çək, ondan sonra həccə gedərsən, şəklindəki xalqın son dərəcə cahilyana şərtlənməsinin yanlışlığı vurğulanıb, çox böyük bir həqiqəti fərq etdirməyə çalışır!..

Həccə gedəcək bir miniyi və qidanı təmin etdiyin anda sənin üzərinə həcc fərz olmuşdur. Bu yetərli imkandır. Buna baxmayaraq, getməsən və getmədən ölsən yəhudi və ya xristian kimi ölmüş olarsan mənasına gələn son dərəcə ağır və əhəmiyyətli bir xəbərdarlıq edir.