İSLAM
“İslam”
nədir?
Niyə “İslam”?
“İslam”
sözü istifadə olunmasına görə iki mənadan gəlir:
1. Salamat olma, salamata
yetişmə.
2. Təslim olmaq...
İslamı
anlamaq üçün əvvəlcə “HZ. Məhəmməd Nəyi OXUDU”
adlı kitabımızda bəhs etdiyimiz şəkildə “İqra” - “Oxu” deyə
başlayan ilk ayələrin mənasını başa düşmək lazımdır. Bundan sonra,
İslamın nə olduğunu anlamaq daha asan olar.
Nə üçün İslam?
“İslam”,
salamat olma, salamata yetişmə, “salam” adı
mənasının sizdə açığa çıxması anlamındadır!.
“Allah”ın “salam”
adının mənası ortaya çıxdığı zaman İnsan, bir sıra
ilahi adların mənası ilə təhəqqüq edərək “Cənnət həyatı” dediyimiz
həyata keçər.
Bax, bunun üçündür İslam,
bunun üçün təslim olmaq!
“DOĞRUSU, ALLAH YANINDA DİN
İSLAMDIR” (3/19) deyir, Quran!...
Din, “ALLAH Hökmləri”nin
hamısı, “ALLAH Nizamı”, “ALLAH Sistemi”dir!...
Buradakı ilahi sistem və ilahi
nizam anlayışlarını səhv başa düşməyək!... Bəşəri nizamlarla,
sosial-siyasi qaydalarla, siyasi rejimlərlə buradakı nizam sözünü
qarışdırmayaq.
“ALLAH SİSTEMI”
dediyimiz zaman hadisəni söz şəkli, şəriət tərəfi ilə də ələ
almayaq!...
Bu elə nizamdır ki, Quran bir
çox yerində bizə bu sistemin hər zərrədə HƏR AN qüvvədə olduğunu
vurğulayır:
“VƏ LƏN TƏCIDƏ LI
SÜNNƏTİLLAHİ TƏBDİLA” (48/23).
“ALLAHIN YARATMA SİSTEMİNDƏ
ƏSLA DƏYİŞMƏ-YENİLƏNMƏ OLMAZ”
ayəsi bu ümumi nizamı və
sistemi nəql edir.
Yəni, istər bitki, istər heyvan,
istər İnsan, istər mələk, istərsə də cin olsun, bütün varlıqlar bu
ümumi sistem daxilində öz var olma qayələrinə uyğun olaraq
vəzifələrini yerinə yetirirlər!..
“DOĞRUSU, ALLAH YANINDA DİN
İSLAMDIR” (3/19)
ayəsində də işarə edilən məna
bütün varlıqların bu “təbii və məcburi təslimiyyəti”dir...Yəni,
başqa bir ifadə ilə:
“Kainat bütün içindəkiləri ilə
“ALLAH”a təslim halındadır”!..
QƏTİ OLARAQ, BÜTÜN VARLIQLAR
ALLAHA TƏSLİMDİR Kİ, SISTEMDİR! BU HƏQİQƏT, DİNDİR!..
Var olan heç bir varlıq, həqiqəti
etibarilə, “ALLAH”a üsyan edə bilməz, asi ola bilməz.
İblisin “Allah”a
üsyanı da əzəli vəzifəsi və var olma proqramının
nəticəsidir!... Çünki, var olma mərtəbələrində bir çox varlıqların öz
vəzifələrini yerinə yetirmələri və ya imtahana çəkilmələri cinlər
vasitəsilə olacaq.
Əgər, İblisin
o üsyan dediyimiz halı olmasa, nə Adəm cənnət həyatından ayrı
düşər, nə İnsanlar cismani bədənin gətirdiyi sıxıntı və çətinliklərə
düşər, nə də İnsanların keçmişdəki cənnət halından çox irəlidə olan
özlərindəki ilahi gücü ortaya çıxarma işləri var olardı!...
Çünki, onsuz da Adəm cənnət
həyatı zamanı bu gün qarşıya qoyduğumuz, istədiyimiz şeylərin bir
qisminə sahib idi... Yəni, o bir qisim ilahi güclərlə təhəqqüq
edirdi!.
Cənnətdə hər kəsin hər istədiyi
olacaq!.
Adəmin
də cənnətdə hər istədiyi o dəqiqə olardı!.
Ancaq, bu fərqlə ki...
Adəm
Əleyhissəlam yer üzündə yaradılmışdı!...
“YER ÜZÜNDƏ BİR XƏLİFƏ MEYDANA
GƏTİRƏCƏYƏM”... (2/30).
ayəsi də, Onun yer üzündə
var olmasının açıq-aydın isbatıdır!..
Bizim kimi bir cismani bədəni
mövcud idi!... Bu səbəblə də olduğu yerə “yer üzü cənnəti”
deyilirdi!.
Ancaq, yer üzündə yaşamasına
baxmayaraq, bizim bu gün əldə edə bilmədiyimiz bir çox istəklərini
həyata keçirə bilirdi...
Çünki, özündəki ilahi güclərin
aşkara çıxmasına mane olan “VƏHM” duyğusu əmələ gəlməmişdi!..
“VƏHM”
duyğusu İnsanda mövcud olan ən böyük şər qüvvədir!.
Var olmayan və ya var olması
mümkün olmayan şeyləri imkan daxilində göstərərək sanki, şüuru əsir
edir!.. Bütün qorxuların, əndişələrin, sıxıntıların kökündə
“vəhm” durur!..
“Neqativ var sayılma”
deyə müasir dilimizə çevirə biləcəyimiz bu deyilişin İnsan həyatındakı
yeri heç kimin təxmin edə bilməyəcəyi qədər böyükdür!...
Əgər İnsan “VƏHM”
duyğusunu nəzarət altına ala bilsə, həyatı bir növ cənnət həyatına
dönər... Əksinə, İnsan “vəhminin” əsiri olarsa, artıq həyatı bir
cəhənnəmdir!.
Var olmayanı var sandıran, var
olanı da görməzliyə vurduran qüvvədir, “VƏHM”!...
İnsan, “VƏHM” hökmu altına
girməyən ağılla hər hansı bir şey düşünüb, o şeyi etməyə qərar versə
və bu xüsusda da əzmli olsa, normal şərtlərə görə mümkün olmayan o
şeyi mümkün edə bilər!..
Sanki, bir cismani bədəni yoxmuş
kimi müstəqil həyat sürə bilər... Sanki, cənnətdə imiş kimi!...
Bax, yer üzündə yaradılan Adəm
Əleyhissəlam da, “VƏHM” duyğusunu dadmadan yaşadığı üçün
olduğu mühit “yer üzü cənnəti” kimi adlandırılırdı..
Həqiqəti etibarilə, bu
gördüyümüz, içində yaşadığımız nizam ilahi hökmün aşkara çıxdığı bir
nizamdır.
Kainat və kainat içindəki hər
fərd...
Diqqət edin, xüsusilə, burada
“fərd” sözü üzərində dayanılası bir sözdür. Çünki, İnsan, mələk,
cin, heyvan, bitki hamısı fərd sözünün içinə girir...
Bəli, hər fərd, həqiqi mənası
ilə “Allah”a qulluq halındadır. İnsanlar və cinlər üçün onsuz da
bu, Quranda çox açıq və aydın vurğulanmışdır.
“MƏN
İNSİ
VƏ CİNNİ
YALNIZ MƏNƏ QULLUQ ETMƏLƏRİ
ÜÇÜN YARATDIM”!. (51/56)
Allahın bir qayə üçün
yaratdığının o qayəyə xidmət etməməsi mümkün deyil!... Ola bilməz!.
Diqqət edin, buradakı ayədə heç
bir məhdudlaşdırma yoxdur!...
“Möminləri qulluq etsinlər
deyə yaratdım” demir!... “Yalnız
İnsanları....” da demir!...
“Cinləri də...”
deyir.
“Cinləri də...”
dediyi zaman, “şeytan və iblis” tövsifləri ilə
nəql edilən bütün cinlər də bunun içinə girir!..
Mələklər,
onsuz da mütləq qulluq halındadır!... Bütün mələklər
təbii olaraq ALLAH hökmlərinin zəruriliyini həyata keçirir, yerinə
yetirir.. Onlar üçün onsuz da mübahisə yoxdur.
“İnsanlar və cinlər”
üçün, əcəba qulluğu yerinə yetirirmi, yetirmirmi mübahisəsi vardır!.
Halbuki, bu mübahisə də əbəsdir!.
Qurani-Kərimdə
ayə var!.
Ayəyə görə, “İNS” və “CİN”
növlərinin hamısı da istisnasız və məhdudiyyətsiz olaraq “Allah”a
qulluq etmələri üçün yaradılmışdır.
“Allah”
bir nəsnəni, bir fərdi hansı iş üçün yaratmışsa, o fərd yaradılış
qayəsinin gərəyini mütləq, olduğu kimi yerinə yetirəcəkdir!. Bunda heç
bir tərəddüd yoxdur!.
Bax buna görə də, ALLAH
muradına uyğun olaraq yaradılan bütün varlıqlar, “Allah”ın
diləyinə uyğun olaraq lazımi hərəkətləri ortaya qoyurlar.
Bu “Din”dir və
“İslam”dır.
Ona görə də, ayədə:
“DOĞRUSU, ALLAH YANINDA DİN
İSLAMDIR” (3/19)
deyilmişdir.
Bundan başqa, vurğulanmışdır ki:
“İSLAMIN XARİCİNDƏ DİN
AXTARANLARDAN BU, QƏBUL EDİLMƏZ”!.. (3/85).
“ALLAH KİMİN ANLAYIŞINI
İSLAMI ANLAMAQ ÜZRƏ AÇARSA, BU ONA RƏBBİNDƏN BİR NURDUR”
(39/22).
Bəli, “İslam”ı həqiqi
mənası ilə qavraya bilmək son dərəcə böyük və əhəmiyyətli bir işdir
ki, Rəbbindən özündə aşkara çıxan bu “NUR” yəni, həqiqəti fərq
etmək – qavrama gücü İnsanı kosmik sistemi tanıma nöqtəsinə
çatdırır!..
Indi biz ayələri başa düşmək üçün
incələrkən, ilkin olaraq bunun üzərində çox duracağıq... Ayənin
əvvəlində və sonunda hər hansı bir məhdudiyyət, bir istisna var, yoxsa
yox?... ilkin olaraq buna diqqət yetirəcəyik!.
Məsələn:
“BİZ YER ÜZÜNDƏ
İNSANI XƏLİFƏ OLARAQ MEYDANA GƏTİRDİK.”
deyərkən İnsanın xəlifəliyini
“yer üzü” ilə məhdudlaşdırır!. Yer üzündə xəlifə!.. Burada
bir məhdudiyyət var!.
Amma, “Doğrusu, Allah yanında
DİN İslamdır” deyərkən, orada bir məhdudiyyət, bir qeyd yoxdur...
Yəni, dünyada və ya filan qalaktikada demir!..
Harda?...
Dünyada da!. Dünyanın içində
olduğu günəş sistemində də!. Digər qalaktikalarda da!.
Bütün kainatda yəni, bu
Kainatın bütün quruluşunda, hər zərrədə, hər nöqtədə bütün varlıqlar
Allaha təslimdirlər!. Burada qəti olaraq bax, bunu vurğulayır!.
Yalnız burada gözdən qaçırmamamız
lazım olan məqam budur:
“Bütün varlıqlar Allaha təslim
olmuş vəziyyətdədirlər” deyərkən, fərdlər
öz müstəqil iradələri ilə “Allah”a təslim olmuş deyildir!..
Fərd, “FİTRƏTİ İLƏ” yəni, var
olma şəkli və proqramı ilə Allaha təslim olaraq yaradılmışdır,
onsuz da!...
Fərd, Allahın yanında,
onun diləməsinə uyğun olaraq meydana gətirilmişdir, Allah
tərəfindən...
“FİTRƏTİ İLƏ”
meydana gətirildiyi üçün də, təslim olmuş
vəziyyətdədir!. Yəni, fərdin təslimiyyəti, “Allaha təslim olma
halı” dediyimiz, içində olduğu hal, var olmasından yəni,
“fitrət”indən meydana gəlir, avtomatik!...
Quruluşundan, nüvəsindən,
kökündən meydana gəlir!..
Bax bunu izaha görə, Hz.
Rəsulullah:
“Hər doğulan uşaq İslam
FİTRƏTİ üzrə doğulur”
demişdir[1].
Hadisəyə səthi baxanlar deyir ki,
“müsəlmanlığı qəbula istedadlı olaraq doğulur, hər doğulan uşaq”!.
Xeyr! Hadisəni yalnız
“müsəlmanlıq”la məhdudlaşdıraraq dar mənada ələ almayaq!.
Hər doğulan uşaq ki, bunu körpə
deyə də və ya geniş əhatəli olaraq kainatda var olan hər varlıq deyə
də anlamaq mümkündur... İslam FİTRƏTİ üzrə doğulur, yəni
İslam kəlməsinin açıqladığı mənada proqramlanmış olaraq meydana
gəlir.
Belə ki, başqa bir ayə:
“DE Kİ, HƏR BİRİ DƏ ÖZ
(SAQİLƏLƏRİ) VAROLMA PROQRAMLARINA GÖRƏ HƏRƏKƏT EDƏRLƏR!.”
(17/84).
Ayədə verilən “SAQİLƏ”,
daha əvvəlcə izah etdiyimiz “FİTRƏTİN təşkil etdiyi proqramın
istiqaməti” mənasındadır..
Bax bu məqam, “İslam”ı
açıqlar.
Yəni, var olan bütün fərdlər:
“DOĞRUSU, ALLAH YANINDA DİN
İSLAMDIR” (3/19)
hökmunə görə meydana gəlmişdir.
Odur ki, “İslam”, dünyada
yalnız müəyyən bir qövmün və ya İnsan kütləsinin dini deyil, kainatda
keçərli olan nizam, ilahi nizamdır!.
Əgər, bunu başa düşə bildiksə,
artıq “İslam”ı dar mənada, yalnız müəyyən ölçülərlə, şəkillərlə qeyd
etməyək!.
“İslam”,
“Allah”ın dilədiyi mənaları ortaya çıxartmaq üçün kainatda mövcud olan
bütün fərdləri öz elmi ilə, elmindən dilədiyi tərkib və
xüsusiyyətlərlə, dolayısı ilə özünə “TƏSLİM” bir halda xəlq etməsi və
fərdlərin də bu qayəyə uyğun davranışları təbii olaraq ortaya
çıxartmalarıdır.
Belə olduqda bir İnsanın
“İslam”ı fərq və qəbul etməsinin təbii nəticəsi kimi nə etmək
lazımdır?
[1] «FİTRƏT»
mövzusunun iç üzü gеniş bir şəkildə «Hz. MƏHƏMMƏD NƏYİ
OXUDU» аdlı kitаbımızdа аçıqlаnmışdır.
Аrzu еdənlər bu mövzunu xırdаlıqlаrı ilə orаdаn incələyə
bilərlər!.. Ə.Hulusi