NAMAZ
Kəlmeyi-şəhadətdən sonra
“İslam”ın ikinci şərti Meracdır!.
Kəlmeyi-şəhadətlə “Allah”ın
varlığına, Təkliyinə, Əhədiyyətinə, onun xaricində başqa varlıq
olmadığına şəhadət etdin, təsdiq etdin, ha, bax, bu təsdiqin nəticəsi
kimi də “Merac” edib, Allaha yetişmək vəziyyətindəsən!...
Onun üçün də İslamın
ikinci şərti “Merac”dır.
Burada bunu deyə bilərsiniz:
- Biz
İslamın ikinci şərti kimi “namaz”ı bilirik... Hardan çıxdı
“Merac”..?
Doğru bilirsiniz! Amma, o
“namaz” da “merac” olmalıdır və “merac”dır!
Çünki, Hz. Rəsulullah
buyurur ki:
“Namaz, möminin meracıdır”.
Belə olduğuna görə, demək ki,
qayə, hədəf şüurda merac, cismani namaz isə vasitədir!...
Elə isə ikinci şərti nə imiş
“İslam”ın?
Merac!...
* * *
Istəsəniz burada təsbit aparıb,
“İslam”ın şərtlərinin vasitələrinə görə
sıralamasından danışaq:
1. Kəlmeyi-şəhadət;
2. Namaz;
3. Oruc;
4. Həcc;
5. Zəkat.
Indi də bu beş zahiri
vasitənin qayəsi kimi qarşıya qoyulan beş batini məqsədi
sıralayaq:
1. “Kəlmeyi-şəhadət”in
gətirməsi: “ALLAH”ı bilmək;
2. “Namaz”ın gətirməsi:
“Merac”... “ALLAH”a yetişmək;
3. “Oruc”un gətirməsi:
“ALLAH”da “yox”luğunu başa düşərək yaşamaq (fəna fillah);
4. “Həcc”in gətirməsi:
maarifi-billah olmaq (bəqa billah);
5. “Zəkat”ın gətirməsi:
Haqqdan əlinə gələni İnsanlarla paylaşmaq.
Bəli, ümumiliklə gözdən qaçan çox
əhəmiyyətli bir xüsusa da beləcə diqqətini çəkmək istəyirəm...
Hz. Rəsulullah
Əleyhissəlamın açıqladığı “din”də sistem və
nizam gərəyi kimi bizə təklif edilən və “ibadət”
adı altında toplanan bir sıra işlərdən söhbət gedir...
Ancaq, bilirik ki, hər görülən
işin bir məqsədi, bir hədəfi vardır!... “Nə üçün bu işi görürsünüz?” -
sualı məqsədin nə olduğunu sorğulayar...
Hər məqsədin də bir vasitəsi
vardır!.
Vasitə, məqsəd üçündür!.
İslam dini gərəyi kimi bizə
təklif edilən işlər, qəti fərqində olmaq
məcburiyyətindəyik ki, vasitələrdir!.
İslamın şərtləri
kimi bildirilən vasitələr, “İman əsasları”
kimi bildirilən hədəfləri anlamağa və gərəyini yaşayaraq ölümdən
sonrakı həyata hazırlanma məqsədləri üçündür!
Ancaq, nə var ki, toplumlar,
hədəf yönünün dəyişdirilməsi səbəbi ilə, vasitələri məqsəd qəbul
etmiş, məqsədləri gözdən qaçırmışlar, vasitələrlə beyinlərini və
qavrayışlarını bloka salıb, o tərəfinə keçə bilməmişlər!.
Elə buradaca ağlımıza Yunis
Əmrənin misraları gəldi:
“Həqiqət bir dənizdir, şəriət
onda gəmi,
Çoxları gəmidən dənizə
dalmadılar!..”
Yəni, vasitədə ilişib
qaldılar, məqsədə yetişmədilər!.
Halbuki, əhəmiyyətinə görə təkrar
edirəm:
Hər vasitə, bir məqsəd
üçündür!.
İslamın şərtləri
əhatəsində edilməsi təklif edilən hərəkətlər, işlər
İnsanı müəyyən məqsədlərə çatdırmaq üçündür!..
Bax, buna görə də, düşünə bilən
varlıqlar kimi bizim vasitələrə baş vurarkən, digər yandan da
məqsədləri çox yaxşı qavramağımız vacibdir!.
* * *
Indi deyilə bilər ki, “Biz
bunları “ALLAH”ın əmrinə uymaq üçün edirik, məqsəd budur!. Gerisinə
gərək yoxdur!.”
Əgər hadisə bu qədər sadə olsa
idi, Quran beş-on buyruq ayəsindən ibarət olar, İnsanların ağıl və
məntiqinə, qavrayışına xitab etməz,
“hələ təfəkkür
etməyəcəksinizmi”,“hələ ağlınızı işə salmayacaqsınızmı”,“hələ
bəsirətlə baxmayacaqsınızmı”
kimi xəbərdarlıqlara gərək
duymaz, 6300-ə qədər ayəyə də gərək qalmazdı!.
* * *
Odur ki, biz bir yandan vasitə
olan “ibadət” formalarını haqqı ilə dəyərləndirərək yol
alacaq, digər yandan da hədəfi yaxşı qavrayaraq əlimizdəki vasitə
ilə məqsədə yetişəcəyik!.
Bax, bir vasitə olan
biçimli “namaz”ı da bu mənada, məqsədinə uyğun olaraq
dəyərləndirmək məcburiyyətindəyik!.
Hz. Rəsulullah
Əleyhissəlam əfəndimiz bir açıqlamasında:
“Namaz dinin dirəyidir”
- buyurur.
Dinin dirəyi
nə deməkdir?..
O dövrdə İnsanların çox az bir
qismi kərpic evdə yaşayarkən, böyük bir qismi çadırda yaşayırdı...
Çadırın məşhur orta dirəyi vardı. O çadırı ayaqda tutan
ana dirək kimi, dinin dirəyi də namazdır!
İnsan, “merac olan namaz”ı
həyata keçirə bilmədiyi müddətdə, əvvəlki mərtəbədə etdiyi
“kəlmeyi-tövhid”i təsdiqinin gərəyini hiss edib, yaşaya bilməz!.
Bilgidə qalar!.
Elm-əl yəqin,
“kəlmeyi-şəhadət”in sirrinin qavranmasıdır!.
Bunun eyn-əl yəqini “namaz”ın
merac olmasıdır!.
Haqq-əl yəqini “oruc”dur.
Bura qədər fəna fillahdır…
Bəqa billah isə “zəkat”dır!
Bunlar bu günə qədər heç bəhs
edilməmiş şeylər olduğundan, bəlkə də necə olur deyərək
yadırğayacaqsınız, təəccüblənəciksiniz, hətta bəlkə də rədd
edəcəksiniz…
Amma inkar etməkdən çəkinin,
nəfsinizə zülm etməyin!.
“Elm-əl yəqin”də
İnsan elmi idrakla “Allah”ın təkliyini, Hz. Rəsulullahın
elçiliyini və qulluğunu dərk edərək şəhadət edir.
Bu şəhadətin nəticəsində aldığı
elmə görə, namazı iqamə edərsə (namaz qılarsa deyil), o
namazı iqamə edişi ilə onda merac başlayar..
O etdiyi “üruc” ilə əmələ
gələn “merac” nəticəsində də “Allah”a vasil olar!...
Bunun nəticəsində də öz varlığı
ortadan qalxar, varlığında TƏK mövcud olan Haqdan
qeyrisi olmaz!.
Bu halda varlığının Haqqın
varlığı olduğunu qavrayınca, Özü varlığındakı ilahi vəsflərlə təhəqqüq
edər.
Etdiyi zaman, “oruc”lu
olub, zahir olduğu tutumda ac qalar, susuz qalar, aclığa və susuzluğa
dözər, “Səmədiyyət təcəllisi olar” beləcə də “Haqq-əl yəqin”
halı onda zühur edər.
* * *
Bəli, əvvəlcə “NAMAZ”
üzərində duraq:
“Qulun Allaha ən yaxın olduğu
hal və zaman səcdə halıdır” - buyurulur...
Bir də namazın “iqamə”
edilməsindən söz açılır.
Namaz “qılan”lar vardır..
Namazı “iqamə” edənlər vardır.
Namazın “qılınması”
ayrıdır, namazın “iqamə” edilməsi ayrıdır, “daimi namazda”
olanlar ayrıdır.
“Zahir əhli”,
yəni hadisənin təfəkkürünə girməyənlər kütləsi deyə bəhs edilən
“avam”a görə “namaz, qılınır”.
Namaz qılınması demək, müəyyən
hərəkətlər arasında müəyyən zikrlərin edilməsi ilə bu zikrlərdən və
dualardan hasil olan enerjinin beyin tərəfindən ruha yüklənməsi
nəzərdə tutulmuşdur...
Bu işdən məqsəd, ruhun pozitiv
enerjisinin qüvvətlənərək İnsanın özünü ölümdən sonrakı həyatda güclü
bir hala gətirməsi nəzərdə tutulmuşdur.
“Namaz”dan
söz açarkən əvvəlcə bu təsbiti edək...
Qurani-Kərimdə “bes vaxt
namaz” dəqiqliklə mövcuddur və
Hz. Rəsulullah Əleyhissəlam da bu mövzu özünə açıldıqdan sonra,
dünyasını dəyişənə qədər bu ibadətə, gündə beş dəfə olaraq
davam etmişdir!.
Ayə:
“NAMAZLARA, ORTA NAMAZA DAVAM
EDƏRLƏR...” (2/238).
Namazı beş vaxtdan azaltmağa
çalışmaq və ya beş vaxt namazı inkar etmək bir sözlə, “səhv”dir!.
Ancaq, vaxtında qıla bilmədiyiniz
bir namazı daha sonrakı namazın əvvəlində əda etmək də imkan xarici
olmamalıdır!
Müsəlmanların qılmaq
məcburiyyətində olduqları beş vaxt namazın vaxtları və
rükətləri belədir:
Sübh
namazı - 2 rükət;
Zöhr
namazı - 4 rükət;
Əsr
namazı - 4 rükət;
Şam
namazı - 3 rükət;
Işa
namazı - 4 rükət.
Bunlar “fərz”
namazlardır... ən azı, bu qədər vacibdir...
* * *
Namazlar digər “ibadət”
növləri kimi, əsasən, ikiyə ayrılır:
A. “Fərz” namazlar;
B. “Nafilə” namazlar.
“NAFILƏ”,
yəni türk dilində mənası ilə “YARARLI” namazları araşdırmaçılar
öz aralarında müxtəlif şəkillərdə dəyərləndirmişlər... “Vacib,
sünnət, müstəhab, məndub” və s. kimi təbirlərlə...
Istəyənlər, bu “fərz”
namazların əvvəlində və ya sonrasında vaxtın əl verməsinə və içində
olduqları hala görə, dilədikləri qədər bu namazlardan qıla
bilərlər!... Ancaq, bunlar “fərz” deyildir!.
Bu gün məscidlərimizdə qılınan
namazların Rəsulullah Əleyhissəlam dövründə qılınan namazlarla tək
oxşarlığı, fərzlərin imamla qılınmasıdır!.
Əgər bir İnsan zöhr vaxtı
dörd-beş dəqiqəsini ayırıb, olduğu yerdə və ya məsciddə imama uyaraq
dörd rükətlik zöhr namazını qılırsa, bu İnsan üzərinə “fərz”
olanı yerinə yetirmişdir!.
“Fərz”
namazın əvvəl və sonrasındakı “nafilə” namazların, “sünnət”
adı altında adətən “fərzləşdirilərək” müəzzin rəhbərliyi ilə
təsbihlər və dualarla birlikdə dini bir mərasim havasına soxulması
tamamilə sonradan nizamlamadır!.
Rəsulullah
Əleyhissəlam zamanında qılınan “təravih” namazı
yalnızca “səkkiz” rükət idi!…
Hələ pul ilə oxunan, “mövlud”
adı verilən mərasimlər tamamilə sonradan icad olub, ibadətlə
heç əlaqəsi yoxdur!...
İslam Dinində “mövlud” deyə
bir ibadət mövcud deyildir!.
“Mövlud”, Hz. Rəsulullah
Əfəndimiz Əleyhissəlamın axirətə
intiqalından yüz illərlə sonralar, Onu öymə məqsədi ilə yazılmış
bir şer olub, bu şerin qəzəl havasında oxunmasının da ibadət
olmasından əlbəttə, qəti olaraq söhbət getmir!
Hz. Rəsulullah, ancaq
“Aləmlərin Rəbbi olan “ALLAH” tərəfindən
öyülə bilərdi ki, bu da, Qurani-Kərimdə verilmişdir:
“ALƏMLƏRƏ RƏHMƏT OLARAQ SƏNI
IRSAL ELƏDIK” (21/107) - hökmü, Onun
uca şanını göstərir!..
Bizim kimi məhdud anlayışlı
İnsanların O, uca Zatı öyməyə çalışması isə, Onun uca
şanına ancaq, xələl gətirir!
Bundan başqa, Rəsulullah
bizdən özünü öyməmizi deyil, gətirdiklərini anlayaraq ətrafımıza
mümkün qədər verici olmağımızı istəyir və gözləyir!... Onun
ülvi şəxsiyyətini özümüzə qazanc mənbəyi etməmizi deyil!.
Bundan başqa, birdəfəlik bilək
ki, pulla görülən heç bir işin “İslam Dini”ndə yeri yoxdur!
Pulla, nə “Quran” oxutdura
bilərsiniz, nə “xətm” etdirə bilərsiniz, nə də ölmüş İnsanların
“namaz” və ya “oruc” borclarını ödədə bilərsiniz!..
Birdəfəlik bilək ki:
Kökü Quran və Rəsulullah
açıqlamaları olan “İslam Dini”ndəki ibadətlər arasında nə “mövlud”,
nə də ölünün “namaz”-”oruc” borclarını bağlamaq üçün verilən “ıskat
və devir” mərasimlərinə yer vardır!..
Bunları edirsinizsə, qəti olaraq
bilin ki, yalnız özünüzü rahatlayır, həmçinin, bu bəhanə ilə bəzi
İnsanların da qazancına şərait yaradırsınız!..
* * *
Pul ödəndiyi üçün
edilən,
pul alınmadığı təqdirdə də
edilməyəcək
istənilən hərəkətin İslam
Dinində qətiyyən yeri yoxdur!..
* * *
Əgər, bu səhvi edir və
məlumatsızlığımızın qarşılığını bir az bahalı ödəyiriksə, işin
doğruluğunu araşdırmayıb, kor-koranə, ağılsızca ətrafa uyduğumuz üçün
günahı qarşımızdakında deyil, özümüzdə axtaraq!.
Eyni zamanda, səhv başa
düşülməsin!.. Biz, “fərz”lərdən əvvəl və ya sonra “nafilə”
namaz qılınmasına qarşı deyilik!..
Diləyən dilədiyi qədər
“nafilə” namaz qılar və bunun qarşılığında da böyük əcr və savab
alar!.. Ancaq, bu “nafilə” namazların müasir tətbiqlərlə
vacibcəsinə, “fərz”mişcəsinə təqdiminin yanlış olduğunu
vurğulayırıq!.
“Nafilə”nin bir növü olan
“sünnət” namazını “fərz” namazı kimi
göstərmək, bu zənni vermək böyük xəta və qəflətdir!.. Bəlkə, yaxşı
niyyətlədir, amma qəti məlumatsızlıq və düşüncəsizlikdir!.
“ASANLAŞDIRIN,
ÇƏTINLƏŞDIRMƏYIN, MÜCDƏLƏYIN, NIFRƏT ETDIRMƏYIN”
buyuran Rəsulullah
Əleyhissəlam əfəndimizə düşüncəsizcə qarşı çıxmaqdır!.
“DÖRD”, “ÜÇ” və ya “IKI” rükət
üçün bir neçə dəqiqəni ayıra bilməyən İnsanın bəhanə gətirmə imkanı
yoxdur!.
Ancaq, müasir təlaşı icindəki
İnsana içinə bes-on dəqiqəlik “fərz”in də qatıldığı yarım saat,
hətta qırx beş dəqiqəlik şişirdilmiş ibadətlər topasını “fərz”
deyə göstərmək və qəbul etdirmək olduqca çətindir!..
Və bu, dini çətinləşdirərək
İnsanları zorla İslam Dinindən uzaqlaşdırmaqdır!.