“ORUC”...

“Ramazan” ayı deyə bildiyimiz ayda “oruc”lu olmaq, sağlam olan hər müsəlmana, yəni “İslam”ı fərq, dərk və qəbul etmiş hər İnsana vacibdir!. Dərk etməmiş, başa düşməmiş və qəbul etməmiş İnsana vacib deyildir!.

Erməni, yəhudi, musəviyə “oruc” vacib deyildir... Onlar “oruc”lu olmaya bilərlər!... Çünki, “oruc” “Allah”ı, İslamı anlayıb, gərəyini dərk edənə vacibdir!.

Bəs, “oruc” nədir?

Neçə cür “oruc” vardır?

Orucun da “avam”a görə tərəfi var…

“Xəvvas”a görə tərəfi var...

“Müqərrəb”lərə, yəni “xass-ul xəvvas”a görə tərəfi var!.

“Avam”a görə olan tərəfini “İNSAN ve SIRLARI” adlı kitabımızın əlaqədar bölməsində açıqladığımız kimi “oruc”lu olunan müddətdə beyin kənardan alınan xam maddənin sərf edilməsi, həzm olunması və müxtəlif orqanlarda paylanması yönündə enerji xərcləməsini çox aşağı səviyyəyə endirir.

Daha əvvəl söylədiyimiz kimi İnsan bədəninə iki növ enerji girir.

Birinci növ yeyib içdiklərimiz. Dünyanın əsas elektrik potensialı neqativdir. Qidalarla vücuda girən, yeyilən və içilən şeylərdə də əksər hakim olan enerji yükü neqativdir!. Bunun əvəzinə, nəfəs yolu ilə aldığımız havadakı oksigen vasitəsilə vücuda girən enerji yükü pozitivdir.

Bu pozitiv və neqativ enerji yükləri beyində paylanaraq keçmişdəkilərin ruh adını verdikləri dalğa (wave) bədənə yüklənir. Beləcə ölümdən sonrakı bədənimiz forma alır və güclənir!..

Bizim təsbitimizə görə...

Beynin ruha yüklədiyi daha çox pozitiv olan enerjini mümkün olan qədər artıra bilmək, ruhdakı neqativ yüklü dünyanın quruluşu növündən olan enerjini də aşağıya endirmək məqsədilə, ən aşağı hədd, limit olan ildə bir aylıq “oruc” vacib sayılmışdır!.

Orucun başlama saatı, gecənin alatoranlığa dönməsi vaxtıdır!.. Bu saata qədər sahur deyilən “oruc”dan əvvəlki yemək yeyilə bilər!..

Iftar vaxtı isə, günəşin gözdən itməsi və qırmızı işığının görünməməsidir!..

Rəsulullah dövründə və daha sonralar uzun müddət saat olmamışdır!. Bu saat bu dəqiqədə sahur kəsiləcək, bu saat bu dəqiqədə iftar açılacaq tərzindəki dəqiq hökmlər tamamilə səhvdir!.

Namazlar üçün də bu belədir!..

Tutaq ki, zöhr namazı... Günəşin olduğunuz yerə ən dik vəziyyətə gəlməsinə baxırsınız, sonra da namaza durursunuz!. Və ya şam namazı. Görürsünüz ki, günəş gözdən itib, namaza durur və ya orucunuzu açırsınız!..

Şam namazı və ya iftar saatı “18.32”-dədir kimi bir göstəriş tamamilə formal və səhvdir!.. Burada iki-üç və ya beş dəqiqənin əvvəl və ya sonra olmasının heç bir əhəmiyyəti yoxdur!.

Bu, dini tamamilə formallıq və maddilik məqamına aparan və batini dəyərlərə yönəlməyin qarşısını alan dayaz tətbiqdir!..

Bəli, indi gələk orucun hikmətlərindən bəzilərinə... Indiyə qədər üzərində çox dayanılmamış tərəflərinə...

“Oruc” nə üçün gün batandan, ertəsi gün gün doğana qədər olan müddətə qoyulmamışdır?

Sən, gündə üç dəfə yemək yeyirsən və beynin bunları paylamaq üçün enerji sərf edir.

Beyinin enerji sərf etməsinə, həzminə az enerji təmin edərək enerjisini özündə mühafizə etməsi və bunu olduğu kimi ruhuna yükləyə bilməsi üçün günəşin parazit yaymasından daha az zərər görəcək şəkildə güclü qalmasını təmin etmək qayəsinə istinad olunmuşdur...

“Oruc”da ilk olaraq üzərində durulan məhdudiyyətlər yemək-içmək və seksdir!. Yemək-içməkdə vücuda girən xam maddədən söhbət gedir!... Seksdə isə bünövrənin elektrik boşalmasından bəhs olunur.! Yəni, hər iki halda bədənin və beynin enerji itirməsindən söhbət gedir!.

Bax, birinci qayə bunun mümkün qədər qarşısını ala bilməkdir!. Bunun qarşısını ala bildiyimiz zaman beyində mövcud olan güclü potensialı bu “oruc”luluq deyilən zaman daxilində daha da gücləndirərək ruha yükləmək mümkün olacaqdır.

“Oruc”lu birinin etdiyi zikr və gördüyü işlərlə, yəni beyin fəaliyyətləri ilə, “oruc”suz birinin gördüyü iş arasında mühüm fərq vardır!. Biri 50% tutumla yüklənərkən, digəri 100% tutumla yüklənir.

“Oruc”la əlaqədar bir Qüdsi hədisdə, belə buyrulur:

“Orucun əcrini və savabını vermək mənə düşür”!.

İnsanın bütün xeyirli əməllərinin əvəzi birə ondur!.

Amma hədisi-qüdsiyə görə, orucun əcri və savabı müəyyən miqdarda deyil.. Yəni, oruc İnsanlara hər hansı bir müqayisəyə gəlməyən şəkildə qazanc gətirir.

Orucun ən çətin müddəti ilk iki gündür..

Bədən nizamlı müddətlərlə müəyyən olunmuş qidaları almağa proqramlandığı üçün, xüsusilə şəkərin düşməsi nəticəsində birinci gün baş ağrısı olur.. Miqreni olanlarda miqren tutur, miqreni olmayanlarda axşam vaxtları baş ağrısı olur. Amma, ən çox iki gün sonra, bədən adaptasiya olunur və baş ağrıları keçir. İnsan orucunu tamamilə qərarlı şəkildə davam etdirə bilir!. Orucun zahirdəki faydası budur!.

Müxtəlif şərtlərlə “Oruc”, Hz. Məhəmməd Mustafa Əleyhissəlamdan əvvəl gələn Nəbilərin dövrlərində də var idi.

“Oruc” əsas etibarilə yalnız yemək-icmək və seksdən kəsilmək deyildir!. Xüsusilə, “Oruc”lu ikən diqqət yetiriləcək bir məqam vardır.

Ən əvvəl, Allah üçün “oruc” tutmağı dərk edərək qeybət, dedi-qodu, İnsanları aldatmaq, İnsanları aldadaraq mənfəət qazanmaqdan çəkinməkdir!. Orucun cismani tərəfindən başqa, mənəvi tərəfindəki ən əhəmiyyətli ünsürlər bunlardır!..

Qiybət edən bir şəxsə:

- “Oruc”lusan, ət yeyirsən!. Bu necə işdir?

deyilmişdir...

Çünki, Quranda “qeybət etmək”, “ölmüş qardaşının çiy ətini yemək” kimi tərif edilmişdir... Belə ki, “oruc”lu adam – filankəs elə elədi, filankəs belə elədi – dediyi zaman istər dostun, istər siyasətçi olsun, kim olursa-olsun, yanında olmayan, arxasınca danışdığın İnsan haqqındakı bu davranışın, sənin “oruc”lu ikən ölmüş qardaşının çiy ətini yeməyin deməkdir!.

Haqqında danışdığın İnsan eşitdiyi zaman, sənin dediklərindən məmnun olmayacaqsa, sən o sözlərinlə onun çiy ətini yeyirsən!. Istədiyin qədər mən “oruc”luyam, de!... Həm də, pirzola deyil, çiy ölü ət yeyirsən!. Düşün orucun nə hala düşdü!.

Bu orucun “avam”a xitab edən yönüdür...

Bundan başqa, bir də “xəvvas”ın orucu var.

“Xəvvas”ın orucu isə, varlıqda mütləq tasarruf sahibi olan Haqqı fərq etmək və qavramaqla, “Allah” xaricində bir varlıq, “Allah”ın tasarrufundan başqa tasarruf görməkdən “imsak”dır.

“Oruc”lu adam səndən bir hərəkət görəndə, bu hərəkəti səndən bilirsə, onun orucu pozulmuşdur!. Amma, bu xəvvas üçün keçərlidir, bizim üçün keçərli deyil. Bu hadisənin bizimlə əlaqəsi yoxdur.

Əbrar deyilən və Xəvvas mərtəbəsində olan Allaha çatmaq istəyən, nəfsi-mülhimə, nəfsi-mutmainnə dərəcəsində olanlara aiddir..

Əgər sən xəvvassansa, hər hansı bir hərəkətə, hər hansı bir davranışa görə, o hərəkəti meydana gətirən o varlığı alçaltsan, əksik, qüsurlu, xətalı görsən, onu bayağılaşdırsan, o anda sənin orucun zərər görmüşdür!. Və ya düşüncəyə, fikrə görə orucun pozulmuşdur... Qəzası lazımdır!.

Saydıqlarımızdan əlavə, “xəvvas” mərtəbəsində olan İnsanın orucunda, kimdən nə hərəkət görürsə-görsün, “bu hərəkəti görən Haqqdır!. Haqqın hər hərəkəti yerli yerindədir. Bir hikmətə əsaslanaraq meydana gəlir” fikri davam edəcək, qəzəblənməyəcək, üzülməyəcək və əsəbiləşməyəcəkdir!.

 Qəzəblənirsə, üzülürsə, əsəbiləşirsə, bəzi şeyləri yersiz görürsə, o İnsan orucunu qəza etmək məcburiyyətindədır!. Əlbəttə bunu bizim üçün demirəm, xəvvas səviyyəsindəkilər üçün deyirəm. Xəvvasın orucunda bu belədir. Filankəs belə etdi demək, yoxdur!. Əbrar sinifindən olaraq hər an müşahidə halında deyilsən. Bu belədir!.

“Həqiqətin faili Allahdır. Allah istədiyini edəndir. Etdiyinə sual olmaz!” müşahidəsi “xəvvas”ın orucunda əsasdır!.

Bu müşahidəni itirdiyi anda olduğu mərtəbənin orucunu pozur!

“Xas-ul xəvvas” orucuna gəlincə...

Bəşəri dəyərləndirmələrdən “oruc”dur!.

Məxluqu görməkdən “oruc”dur!.

“Səmədiyyət” sifətinin “oruc”luda aşkar olmasıdır!.

Bunu ancaq yaşayan bilər!.

Açıqlanması qavraya bilməyənlər arasında problem yaradar..