RÜKU
Bəli, namazda Fatihəni
beləcə oxuduqdan sonra bir az da əlavə ayə yaxud surə oxuyub, sonra
rükuya gedirsən.
Rükuya gedərkən də,
“Allahuəkbər” deyirsən.
Beldən yuxarı hissəsi yerə
paralel, belə qədər dik bir şəkildə...
Bayaqkı ayələri oxuyarkən, qıyam
halında ayaqüstə dik dururdun.. Varlıqda hökmünü icra edən “HƏYY”
və “QƏYYUM” Haqqın kəlamı səndən “qıyam”da aşkar
olurdu!... Varlıqda dimdik duran, hər an qüvvədə olan sistem və nizam
olan “ALLAH” hökmü səndən aşkar olurdu... Bunun üçün dimdik
ayaqüstə idin..
Ondan sonra Adların
xüsusiyyətlərinə əsaslanan birləşik quruluşun səbəbilə, tərkibi
quruluşların Rəbbul Aləmin önündə boynu əyməsi səbəbilə, bu varlıqda
ilahi hökmlərin gərəyinin səndən çıxmasına işarə edən bir şəkildə
rükuya əyildin...
Beldən aşağı hissən dik, beldən
yuxarı hissən yerə paralel, varlığın bir qismi ilə qulluğunu yerinə
yetirmədəsən, varlığının beldən yuxarısı yəni, idrak, şüur tərəfi ilə
bu Kainatı var edən mütləq varlıq önündə əyilmə vəziyyətindəsən. Onun
varlığını, təkliyini təsdiq etmə vəziyyətindəsən...
Bundan başqa...
Beldən yuxarı hissənin əyilmiş,
yerə paralel olaraq durması, “fitri qulluğu” ifadə edir!.
Beldən yuxarı hissənin yerə paralel olması sənin varlıqda Hakim
olan mütləq varlığı dərk etməklə “O”nun elmi, qüvvə və qüdrəti
qarşısında əyilmiş, təslim olmuş bir vəziyyətdə olduğunu ifadə edir...
Bu idrakın səndə var olduğunu göstərir.
Buna qarşılıq dik belə qədər olan
hissəndə də mütləq vücudun varlığı ilə varlığının
davamlılığına işarə etməkdəsən!..
Əsma tərkibi nəticəsində var olan
vücudun varlığını təşkil edən “haqqaniyyət” yönündən belə qədər
dik, Adların xüsusiyyətlərindən meydana gəlməsi səbəbilə də Rəbbul
Aləmiynə tabe olması yönündən “O”nun qarşısında beldən yuxarı
hissəsi bükülüdür!.
“RÜKU”,
Üluhiyyət qarşısında Rübubiyyət hökmləri ilə var olan varlığın
simvollaşdırılmasır!.
Bu vəziyyətdə təsbih edirsən.
“Sübhanə Rəbbiyəl azim”
“Əzim olan, əzəmət sahibi olan
Rəbbim Sübhandır”.
Hər bir zərrədə “O”nun
hökmü yerinə yetirilir. Hər bir zərrə “O”nun var etmə qayəsinə
uyğun davranışlar ortaya qoyması ilə qulluğunu ifadə edib fitri
təsbihini edir!..
Ondan sonra:
“Səmi Allahu limən hamidəh”..
“Səmi Allahu”: “Allah qəbul
etmədədir”.
“Limən hamidəh”: “Həmd edənin
həmdi, Allahındır!.”
Yəni, mənim gördüyüm hər bir
hərəkət ilahi qüdrətin tasarrufu nəticəsində meydana çıxır ki,
“ALLAH” hərəkətimin həqiqət faili olaraq nə etdiyimi bilir, çünki
elmində təqdir edən “O”dur, mənası var orada.
Doğrulduqtan sonra tam dik
vaziyyətə gəlirsən!. Tam doğrulmadan, dik vəziyyətdə bir ləhzə
durmadan səcdəyə getmir, dimdik durursan!.
Dik durarkən, “Rəbbəna ləkəl
həmd” deyirsən və ya daha uzun şəkli ilə,
“Rəbbəna ləkəl həmdu kəma
yənbaqıy licəlali vəchikə və liazıymi sultanik”
deyirsən...
Allah Rəsulu çox zaman
belə söylərdi.
Tam mənası ilə dik durmadan,
səcdəyə getmək yoxdur!.
Bu təsbih də tam dik durarkən
söylənilir!. Rükudan qalxan kimi və dik halda ikən... Mənası isə
təxminən belədir:
“Öz kamalını, əzəmətini,
hikmətini dərk etmə, dəyərləndirə bilmə Rəbbimə məxsusdur ki, onun
qədir-qiymətini, sonsuzluğunu və hüdudsuzluğunu dərk və əhatə etmək
mümkün deyildir”!..
Ondan sonra “Allahuəkbər”
deyib “səcdə”yə gedirsən...