SƏCDƏ

“Səcdə halı, qulun ALLAHA ən yaxın olduğu haldır” buyrulur...

“Səcdə” nədir ki, “ALLAH”a ən yaxın hal olur?

- “Səcdə”də qul ilə Allah arasında pərdə yoxdur!. Deyilir…

Harda deyilir?

“Səcdə”də!.

Kimdə? Səcdə edəndə!.

Qiyamət günü, məhşər yerində “Allaha səcdə edin” - deyiləcək...

Bir qismi səcdə edəcək, bir çoxları da səcdə etmək istəyəcək amma, bacarmayıb taxta kimi önə və ya yana çevriləcək!. Beli dümdüz olub, adətən betonlaşacaq!. Bir cür səcdəyə gedə bilməyəcək!.

Dünyada istəmədikləri üçün səcdə etməyənlər var...

Səcdə etmək istədikləri halda, səcdə edə bilməyənlər var!.

Bir də, bu anda namaz qılan, amma səcdə etməyənlər (!) var!.

“Səcdə” etmək nə deməkdir?

“Allah”a səcdə etmək, O mütləq varlıqla yanaşı, nə sənin nə də başqa bir varlığın, vücudunun “var” olmadığını dərk etmək, müşahidə etməkdir!.

“Mən yoxam, yalnız ALLAH var!” - deməkdir.

Və ya bir digər mənası ilə, “var olan yeganə varlıq Vahidul Əhəd olan Allah” - deməkdir, “səcdə”nin mənası...

“Yalnız bədənimlə deyil, şüurum, ruhum və varlığımla sənə səcdə edirəm” demək üçün səcdəyə getdiyin anda, səcdə halında ikən, “var olan yeganə varlıq, Vahidul Əhəd olan Allah”dır!. “O”nun xaricində “biz” yoxuq... deyə düşünə bilmək lazım.

“Biz” deyərkən burada nəyə əyildik.

“Iyyakə nabudu”ya!...

Bu “səcdə”ni edə bildinsə, ondan sonra qalxıb, oturursan, oturduğun zaman Hz. Rəsulullah kimi:

“Vafuanna, vağfirləna vərhamna” deyirsən və bundan başqa istəsən “vəhdina”nı da əlavə edirsən.... Səcdədən qalxıb oturduğun zaman!.

Bunu söylədikdən sonra, bu “səcdə”dən hasil olan mənanı başa düşməyi təqdir etdiyi üçün, şükr olaraq ikinci dəfə səcdəyə gedir, üç dəfə də “Sübhanə Rəbbiyəl ala” və ya “Sübhanallahi və bihəmdihi” deyirsən.

Beləcə namazın o rükəti, bu şükür səcdəsi ilə tamamlanmış olur!.Birinci “səcdə” yoxluq, ikinci “səcdə” yoxluğun müşahidəsini ehsan edən “Allah”a şükür səcdəsidir.

Qıyamın, yəni ayaq üstə Quran oxuma müddətinin və rükudan sonra “səcdə”nin iki olmasının səbəbi, birinci səcdə ilə rükəti tamamladıqdan sonra, bunu tamamlamağı ehsan edən “Allah”a şükrdür.

Anlaya biləcəyimiz qədəri ilə bax bu, xəvvasın namazıdır.

* * *

Bu xəvvasın “iqamə” etdiyi namazdan o tərəfə, bir də “xas-ul xəvvas”, “muqarrəb” deyilən, “Allah”a qurbiyyət qazanmış, övliyanın irəli dərəcəlilərində yaşanan “daimi namaz” halından söhbət gedir.

 

1. “Qılınan” namaz...

2. “Iqamə” olunan namaz...

3. “Daimi” namaz...

“Daimi” namaz nədir?

Namaz, əsas etibarilə, “iqamə” olunan namazdır, dedik.

“Iqamə” namaz nəticəsində “səcdə” ilə namazın kamalına yetişirsən, bu, “iqamə” olunan namaz İnsana “üruc” təmin edir və “merac” hasil olur!.

“Merac” İnsanın “Qabe qavseyn” və ya “ev ədna” məqamında “Allah”ı müşahidə etməsi!..

Ya da, daha açıq ifadə ilə, öz varsayım mənliyinin, heç varsayılmamışcasına ortadan qalxıb, “BAQI ALLAH”dır, hökmüncə bütün əsma və sifətləri ilə BAQI olması halıdır.

“üruc”un nəticəsində hasil olan “merac” ilə o İnsan, Ilahi bəqa ilə “BAQI” olur!... Sən, onu özün kimi sayırsan, amma, o, “Allahla baqi” vəziyyətdədir!.. və bu hal ilə həyatını davam etdirir.

Hz. Rəsulullaha baxdıqları zaman O, da bizim kimi yeyib içir, aramızda dolaşır, küçə-bazarda gəzir, nə fərqliliyi var, dedilər... amma, O, ilahi həqiqəti hiss edib yaşayan, “merac” sahibi olan və bunu bizə bildirən “Allah Rəsulu” idi!.

Kənardan baxanlar, o “daimi namaz” əhlini özləri kimi görürlər, amma, bilmirlər ki, O, varlıqda “Baqi olan Allah”ın yalnızca bir əsma zühurudur!.

Bax, bu hal, “ölmədən əvvəl ölərək”, şüur ölçüsündə İnsani qiyamətin qopub, “Summə ileyna turcəun”, “və dəxi bizə dönəcəksiniz” ayəsinin mənası ortaya çıxıb, bəsit təbir ilə “İnsanın Allaha rücu etməsi”dir.

Allahdan gələnin Allaha rücu etməsidir!...

Bax, bu da “muqarrəb”lərin “daimi namazı”!.

Bunu başqa necə anlatmaq lazım, bilmirəm!. Ancaq yaşayan bilir!. Daha dolğun nəql edınması bizcə mümkün deyil!.

Budur, İslamın ikinci şərti olan namaz!.