“ZƏKAT”

Qurani-Kərimdə bir çox yerdə verilən:

“Akıymus salatə və atuz zəkat” = “Namazı iqamə edin, zəkatı verin”

tərifindən sual olundu mənə...

- Nə üçün bu iki ifadə bir-biri ilə yanaşı? Biri mənəvi, Allaha borcumuz, o birisi dünyalıq, qula borcumuz..

Nə əlaqəsi var ki, bu iki ayrı hərəkətin, daima ikisi bir yerdə ifadə edilir?

Allahın bəhs etdiyi elm qədəri ilə nəql edim, əfəndim…

“Haqdan alıb, xalqa vermək” - deyə nəql olunan və mövləviliyə aid edilən bir görüş var.. Bunun mövləvilikdə simvolu da “səma” deyilən öz ətrafında dönmə hərəkətidir..

Mövləvilərin bəzilərinin Mövlanə Cəlaləddini təqlid edərək etdikləri bu dönüşdə ən əhəmiyyətli məqam əllərin vəziyyətidir.. Sağ qol yuxarı qalxıq vəziyyətdə, sağ ovuc da göyə baxar haldadır…Sol qol isə, sol yana yaxşıca açılmışdır, təxminən 75 dərəcə ilə… Sol ovucun içi isə, yerə baxır, əl barmaqları aralı olaraq…

Bax, bu görünüş, “sağ əllə Haqdan alıb, sol əllə xalqa paylamanın” simvoludur… Sürətli bir dönüş gözun gördüklərinin qeyb olmasını, fani dünya dəyərlərinin ortadan qalxıb, “Allah” adının mənasına “üruc” etməyi ifadə edər..

“Namaz”, Haqqa ürucdur ölçülü mənada!..

“Zəkat” da Haqdan aldığını xalqa paylamaqdır!..

Beləcə görürük ki, əslində bu iki hərəkət bir bütündür!

“Allah”, “Rəhm” sahibidir!… “Rəhman”dır!.. “Rəhim”dir!… “Yaradır” və yaratdığını qoruyur, mühafizə edir, aşkara çıxma zamanı gələnə qədər, sonra da açığa çıxardır!. Bax, bu, Onun rəhmətidir!..

Hər şey bu yolla “Allah”ın “Rəhm”indən yaradılmışdır!.

Aləmlər və aləmlərdən biri olan kainat, “Allah”ın “rəhmət” sifətindən yaradılmışdır!.. Əvəzsiz olaraq “yaradır”, var edir!.

Kainat, “Allah”ın zəkatıdır!

“Yaratdığının” bir qismi “Rəhman”dan gələndir… Acı ilə qarışıq nemətdir yaradılan.. Bir qismi “Rəhim”dən gələn yaradılışdır, sırf nemət kimi!..

Bismillahın bir mənası da anlaya bildiyimiz qədəri ilə budur…

“Bismillahir Rahmənir Rahim”…

Varlığımın həqiqəti olub, “Allah Adı ilə işarə Edilən”in Rəhməti ilə yaradıram ki, bu rəhmət, bir tərəfi acı ilə qarışıq olsa da, nəticədə sırf nemətdir, xoşbəxtlik gətirir”…

“Allah adı ilə işarə edilən” mütləq varlığın yer üzündəki simvolu, “ana”dır!.

“Ana” yaradır və əvəzsiz olaraq verir!..

“Ana” da “rəhim” sahibidir, balasını orada yaradır!.. Yaratdığı balasını gah “Rəhman”iyyət yönündən nemətləndirir, tərbiyə üçün danlayır, cəzalandırır, onun xoşuna gəlməyən qaydalar qoyur... Onun yaxşılığı üçün!. Gah da ən gözəl şeyləri yedirir, geydirir, gəzdirir, “Rəhim”iyyəti yönündən!

“Allah” adı ilə işarə edilən, “rəhm”dən yaratdıqlarını qoruyub, onlara əvəzsiz verir hər an, “ana”, “rəhimində” yaratdıqlarına əvəzsiz verir, ömrü boyu!.

Allahın Rəsulu Məhəmməd Mustafa Əleyhissəlam belə xəbərdar etmişdir, bizi:

“Allah əxlaqı ilə əxlaqlanın”!.

Allah əxlaqı ilə əxlaqlanıb, əvəzsiz verə bilməkdir, zəkat!..

Zəkat vermək, Allah əxlaqı ilə əxlaqlanmanın bir yoludur!.

Zəkat, tasarrufunda olanı əvəzsiz verməkdir!.. ən alt həddi də qırxda bir və ya yüzdə iki yarımdır!.

Sonsuz olan, sonsuz zəkat verir!…

Sonlu olandan da məhdud zəkat verməsini istəyir, “zəkat” adı altında!.

İnsanda zəkat “Haqdan alıb, xalqa verməkdir”!..

Haqdan aldıqlarından nəyi zəkat kimi, əvəzsiz olaraq versən, Allahın qurduğu nizam və sistem gərəyi, o gələr sənə, artıqlaması ilə!.

Bir yerdə bu sual edildi mənə:

- Bir çox varlılar çox böyük həcmdə zəkat verir, pul verir, geyim verir, yemək-içmək verir, binalar tikdirir… Amma, heç birində mənəvi elmlər inkişaf etmir, ürfan sahibi olmurlar, mənəviyyata keçə bilmirlər!. Bunun səbəbi nədir?

- Allah Adı ilə Işarə Edilənin Ali Qanunundakı “Sistem və Nizam” nə versən, artıqlaması ilə o gələr sənə!. şəklindədir…

Pul paylayarsan, artıqlaması ilə pul gələr, bina paylayarsan, bina gələr, elm paylayarsan, elm gələr, batin elmi, mənəviyyat paylayarsan, o yol sənin üzünə açılar!.

Varlılar zəkatlarını nə ilə və hara verirlərsə, o yoldan da qarşılığını alarlar!. Badımcan toxumu əkib, gül yetişməsini gözləyə bilməzsən!.

Maddiyyat verib, mənəviyatda yer almaq istəyirsənsə, ən azı İnsanlara mənəvi bilikləri – söhbət, kitab və ya kaset olaraq – zəkat verməlisən və o mövzuları onlara çatdırmalısan ki, sənə də mənəviyyatın qapısı açılsın!

- Yəni, zəkatımızı pul ilə verməyib, elm, söhbət kimi verək?

- Xeyr, bunu demədim!… Zəkatının pul düşən miqdarını, İnsanlara əbədi həyatı qazandıran elmləri təşkil edən kitab və kasetlər kimi paylayıb, onların ən qısa zamanda həqiqətləri başa düşməsinə vəsilə olarkən, digər tərəfdən mənəviyyat elmini öyrənib, bunu onlara başa salmaq vasitəsilə zəkatın yəni, əvəzsiz vermənin mənəvi tərəfini əda edəsən!.

Bu nə üçün belədir..?

Qısaca, bunu da açıqlamağa çalışaq:

Allahın qurduğu sistem və nizam gərəyi, İnsanda meydana gələn hər şey beyin vasitəsilə ortaya çıxır, fərq edilən hala gəlir!..

Beyində hansı mövzu üstünlük qazanırsa, o mövzu üzərində beyindəki açılışlar genişlənər və qəbul etmə qabiliyyəti artar!.

Vermə hərəkəti, beyində əlaqədar sahədəki əhatə dairəsində genişlənmə təşkil edir!.. İnsanda hansı hərəkətlər üzə çıxarsa, o hərəkətlərin kökü olan hüceyrə blokunda böyümə, inkişaf gedir, o sahədə fəaliyyət göstərən hüceyrələrin sayı artır!.

“Anlamasan da ibadət et” - təklifinin arxasındakı həqiqət budur!.

Hərəkətlər, açılışları məcbur edir və yeni əhatə dairələri meydana gətirir…

Nəticə, zəkatını hansı yolla, nəyə dönük olaraq versən, qarşılığını da eyni yolla, artıqlaması ilə alarsan!. Maddiyyata dönüksə o yolla, mənəviyyata dönüksə o yolla!.

“ALLAH” bəxşişi olan varlığının ən azı qırxda birini ehtiyacı olanlarla paylaşmaq, işin batin yönüdür...

Zəkat...

Haqq üçün xalqdan, mülkdən keçməkdir!..

Allahdan gələni xalqla Haqq üçün paylaşmaqdır!.

Daim varlıqsızlıqda olmaq üçün varlığından keçməkdir!.

“ALLAH” aləmlərdən Qənidir, əsası üzrə “Qına”dan hissə almaqdır!.

XALQDA “Haqq”ı görub, ondan əsirgəməməkdir!.

Şeytan vəsfli cinin, Adəmdə Haqqı görə bilməyib, səcdə etməməsi və buna görə də lənətlənməsi kimi...

Zəkat və sədəqədən qaçanlar “İnsan”da “Haqq”ın varlığını görə bilməyib, onunla varlığını paylaşa bilməyənlərdir... Gələcəkləri nə olar, nəyə bənzər bunu qavrayışınıza buraxıram!...